vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:44 | 20 iyul 2017 | Cümə axşamı Məqaləyə 3265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xeyirli olsun, amma...

Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ev sahibi olan həmkarlarım arasında şəxsən tanıdığım, dostluq münasibətində olduğum insanlar az deyil. Əksəriyyətinin mənzil şəraiti doğrudan da bərbad idi və bu evə həyati dərəcədə ehtiyacları vardı. Ölkənin durumu hamıya aydındır, sabahımız qeyri-müəyyəndir və bəhs etdiyim, şəxsən tanıdığım həmin insanlar bu şansdan imtina etsələr, bəlkə də həyatlarının sonuna qədər ev sahibi ola bilməyəcəkdilər. Bu baxımdan onları anlayır, sevinclərinə səmimiyyətlə şərik olur və xeyirli olsun deyirəm.

Buraya qədər tamam.

Məsələnin dövlətin vəzifələri ilə bağlı digər, daha vacib tərəfinə gəldikdə isə, dövlət jurnalistlərə və ya ayrıca götürülmüş digər peşə sahiblərinə imtiyaz verməməlidir. Məsələnin etik tərəfi bir yana, bu, hər şeydən əvvəl Azərbaycan Konstitusiyasında (25-ci maddənin III-IV hissələri) əksini tapmış bərabərlik prinsipinə ziddir. (Bəzi əhali təbəqələri, məsələn, bizim ölkənin timsalında şəhid və qazi ailələri buraya daxil deyil.)

Yaxşı olardı ki, dövlət xüsusi imtiyazlı təbəqə müəyyənləşdirərək onlara mənzil hədiyyə etmək əvəzinə, bütün peşə sahibləri üçün əlçatan olan ipoteka şərtləri təqdim edərdi və bu şərtlər əsasında mənzilləri satardı. Aylıq ödənişlər isə aylıq gəlirə uyğun şəkildə müəyyənləşdirilərdi, az maaş alan az, çox maaş alan çox ödəyərdi. Bu halda dövlət də qazanardı, vətəndaş da. Bəlkə bu da ideal variant deyil, amma ən azından daha ədalətli variant olardı və heç kim hökuməti hansısa siyasi niyyət güdməkdə, paternalist yanaşmada suçlamaz, ev alan qələm sahibləri isə özlərini təşəkkürnamə yazmaq məcburiyyətində hiss etməzdi.

Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır, yəni mətbuata azadlıq, sərbəstlik verilməlidir ki, o, əsl vəzifəsini yerinə yetirə bilsin. Bunu etməyib, jurnalisti mükafatlandırmaq, düşünürəm ki, ən azı mövcud «status-kvo»nun davam etməsi deməkdir. Yəni, öz müqəddəs vəzifəsini yerinə yetirməyən, toplumu lazımi səviyyədə bilgiləndirməyən, bəlli çərçivələrdə fəaliyyət göstərən media modelinə davam...

Azərbaycan Cümhuriyyəti dünyəvi, demokratik, sosial, hüquq dövləti olmalıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)