Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
«Bizə düşmən kəsilənlər də var»
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
-
«Vəsait ayrılsın!»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
-
«Qanunun gücünə arxayınıq»
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
-
9 KİV-in adı «qara siyahı»da
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
-
«Portalların imkanları yoxdursa, ...»
Əflatun Amaşov: «İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır»
-
Avropa Şurası bəyanat yaydı
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
-
Fil iki oldu
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
-
«Fikirləşmək üçün vaxt qazandım»
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
-
«Demokratik prinsip və dəyərlərin təminatçısı»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
-
«Prezident humanist addım atdı»
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması məqsədi daşıyan birgə layihəyə start verib. Layihə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuat konfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu gün keçirilmiş ilk brifinqdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən KİV-lərinin 40-dan çox əməkdaşı iştirak edib. Toplantı Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli toplantıda çıxış edərək bildirib ki, təmsil olunduğu qurum indiyədək müxtəlif dövlət orqanları ilə birgə jurnalistlərin ayrı-ayrı sahələr üzrə biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirib. Bu tədbirlər həm jurnalistlərin praktik biliklərinin artırılmasını, həm də ixtisaslaşmalarının dərinləşməsini təmin etmək məqsədir daşıyır. AR Ədliyyə Nazirliyi ilə birgə təşəbbüsün də bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayan M.Ələsgərli onu da bildirib ki, Şuranın Ədliyyə Nazirliyi ilə layihəsi özünün əhatəliliyi ilə diqqət çəkir. Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətin getçəkləşdirilməsi imkan verəcək ki, jurnalistlər ümumən hüquqi biliklərini dərinləşdirsinlər. Çünki ədliyyə hüququn bir çox istiqamətlərini özündə birləşdirən kifayət qədər böyük sistemdir. Həm də bu sistem əhali qruplarını əhatə etməsinin genişliyi ilə də diqqət çəkir.Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ƏN ilə MŞ-nin birgə əməkdaşlığının faydalı nəticələr verəcəyini əsaslandırıblar. Onlar bildiriblər ki, belə tədbirlər ümumən dövlət qurumları ilə medianın əməkdaşlığının müasir forma və üsullarının tətbiqinə şərait yaradılmasını, mövcud istiqamətdəki problem və anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılması üçün anlaşma mühitinin daha da dərinləşməsini təmin edir.
Brifinqdə ƏN-nin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən, bu qurumların gördüyü işlərdən danışıblar.
Brifinq çərçivəsində QHT və KİV nümayəndələri tərəfindən çıxışlar edilib, sual-cavab sessiyası keçirilərək, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Sonda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.