95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
“Müraciət, nədənsə, boş qalır”
Əflatun Amaşov hesabata etiraz etdi
-
MŞ-də yeni təyinatlar
Şuranın sədr müavinləri və komissiya sədrləri seçildi
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Salyan rayonunun ictimai-siyasi qəzeti olan «Qələbə»nin ilk nömrəsinin çapdan çıxmasının 95 illiyi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun, rayon ictimaiyyətinin nümayəndələrinin, qonşu Neftçalanın «Gündoğar», Sabirabad rayonunun «Suqovuşan» qəzetlərinin təmsilçilərinin iştirak etdikləri toplantı həmçinin rayonda nəşr olunan “Ana Kür” qəzetinin fəaliyyətə başlamasının 10 illiyinə də həsr olunub.
Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarətlə başlamış tədbiri giriş sözü ilə Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq hər iki nəşrin yaradıcı kollektivinə təbriklərini çatdırıb, Salyanın mədəni, ictimai-siyasi həyatının salnaməsinin yaradılmasında “Qələbə” qəzetinin xidmətlərini xüsusi vurğulayıb. S.Hətəmov rayondakı Heydər Əliyev Mərkəzində “Qələbə” qəzetinin ulu öndər Heydər Əliyevin Salyandakı görüşlərini əks etdirən hər nömrəsinin çox qiymətli tarixi sənəd kimi qorunduğunu diqqətə çatdırıb. İcra başçısı çıxışında həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Salyanda həyata keçirilən infrastruktur layihələrinin yubilyar nəşrlərdə peşəkarlıqla işıqlandırıldığına diqqət çəkib. S.Hətəmov qəzet əməkdaşlarının bir qrupuna fəxri fərman təqdim edib.
MŞ sədri Ə.Amaşov toplantıdakı çıxışında ölkəmizdə fikir, söz, ifadə azadlığı şəraitində nəşr edilən qəzetlərin fəaliyyətindən, həmçinin bölgə mətbuatının tarixində «Qələbə»nin dəsti-xəttindən söz açıb. O bildirib ki, ümumən bölgə mətbuatı peşəkarların yetişdiyi məktəbdir. Cəmiyyətdə öz dəst-xətti ilə seçilmiş neçə-neçə fikir adamı bu sahədəki ilk kövrək addımlarını məhz bölgə mətbuatında atıb. Bu mənada 95 yaşını qeyd edən “Qələbə” qəzeti də xüsusi yer tutur. Sevindirici haldır ki, internet medianın ənənəvi medianı sıxışdırdığı indiki şəraitdə Salyan Rayon İcra Hakimiyyəti, ümumən rayon rəhbərliyi “Qələbə”nin gələcək üçün salnamə funksiyasına ciddi önəm verir, nəşrin problemlərinin həllinə, yayımına həssas münasibət göstərir. Bu, digər rayonlar üçün də nümunə olmalıdır.
Ə.Amaşov həmçinin artıq 10 ildir ki, Salyanda nəşr edilən «Ana Kür» qəzetinin ekoloji maarifləndirmə sahəsindəki fəaliyyətini də yüksək qiymətləndirib, “Qələbə” və “Ana Kür” qəzetlərinin baş redaktoru Rüstəm Məlikova Şuranın təbrik açıqlamalarını və qiymətli hədiyyəsini təqdim edib.
«Qələbə» və «Ana Kür» qəzetlərinin baş redaktoru Rüstəm Məlikov rəhbərlik etdiyi nəşrlərin fəaliyyəti barədə geniş məlumat verib. “Qələbə” qəzetinin keçdiyi tarixi yoldan ətraflı söz açıb.
Yubiley tədbirində şair Oqtay Rza, «Qələbə» qəzetinin veteranı, əməkdar jurnalist Rəhim Hüseynzadə, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, Sabirabadın «Suqovuşan» qəzetinin əməkdaşı Elçin Nəsibli və başqaları çıxış edərək rayon qəzeti ilə bağlı xatirələrini bölüşüb, yaradıcı kollektivə uğurlar arzulayıblar.