Liderin evi
Media çoxtərəfli basqı altındadır
Aygün MURADXANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Mətbuatdakı xaotik vəziyyət birbaşa onların əməli idi”
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
-
Yeni direktor bütün işçiləri qovdu
Həsənov klanını bitirən faktlar üzə çıxır
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
-
«Bizə düşmən kəsilənlər də var»
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
-
«Yaxın 3 ildə istifadəyə veriləcək»
Vüqar Səfərli jurnalistlərin yeni binasından danışdı
-
«Vəsait ayrılsın!»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
-
«Qanunun gücünə arxayınıq»
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
Könül istərdi, milli medianın durumu bundan qat-qat yüksək olsun - reklam, yayım imkanları yaxşı mənada indiki durumla müqayisəyə gəlməsin, doğruya xidmət edən qəzetlər əl-əl gəzsin, telekanallar ucuz şou qutusu olmaqdan qurtulub gerçəyin güzgüsünə çevrilsin, savadsız «mikrofonçular»ın səviyyəsiz söhbətləri yerini sözün dəyərini, efirin məsuliyyətini anlayanlar tutsun, hər yerindən duran özünü mediaya dürtüb jurnalistikanı gözdən salmasın, məmur-media münasibətləri sivil, şəffaf müstəviyə keçsin, jurnalistlər əməklərinin haqq etdikləri qarşılığını ala bilsinlər, haqlarını güclü həmkar qurumları qorusun... Könül istərdi... amma reallıq fərqlidir. Arzuladığımızdan çox fərqli... Media çoxtərəfli basqı altındadır.
4 gündür (əslində iki aydır) sosial şəbəkələrdə media ilə bağlı qızğın müzakirələr, mübahisələr səngimir. Dövlət vəsaiti hesabına tikilib jurnalistlərə hədiyyə edilən evlərin sahiblərinə təriflərlə tənqidlər, qarayaxmalar bir-birinə qarışıb.
Bu prosesin taaaa ilk gündən iştirakçısıyam. 2006-cı ildə jurnalistlərin mənzil probleminin çözülməsi məsələsini qaldıran Parlament Jurnalistlər Birliyinin 7 təmsilçisindən biri də mən idim. O zaman yeni yaranan Mətbuat Şurasına bu təklifi biz verdik, Bakı meriyası, müxtəlif dövlət strukturları ilə biz saysız danışıqlar apardıq. Məqsədimiz hökumətin bina üçün torpaq ayırması, tikinti şirkəti təyin etməsi idi. Bütün xərcləri biz özümüz çəkəcəkdik, hökumətdən istədiyimiz yalnız tikinti sektorundakı yazılmamış qaydaların bizə aid edilməməsi idi. Həm də bir ənənə yaratmaq istəyirdik – müxtəlif peşə sahibləri kooperativlər yaradıb şəxsi vəsait hesabına mənzil tikdirə biləcəkdilər. İllərlə gedən müzakirələrin sonunda qərar fərqli oldu – bina jurnalistlər üçün dövlət vəsaiti (heç kimin şəxsi puluna yox!!!!) hesabına tikiləcək, pulsuz paylanacaqdı. Ilk binada təşəbbüsü qaldıran 7 qəzetçidən bir mən kənarda qaldım... Evimi ikinci binadan aldım.
Qəribə və anlaşılmazı odur ki, özünü müxalifətçi adlandıran bir çox insan jurnalistlərin binasında ev alanların üzərinə saysız ittihamlarla gəlir. Guya hökumətdən ev almaq qələmi satmaq, bundan sonra neqativlərə göz yummaq öhdəliyi götürməkmiş. Daha nələr, nələr... Oğlum, sizin lider dediyiniz insanlar illərdir hökumətdən aldıqları evlərdə yaşayırlar. Demək istəyirsiniz, liderləriniz satqındır? Axı, onlara bağlı media orqanı da 1-ci Jurnalist evindən payını almışdı. «Obyektiv»liyiniz bunları görməyə imkan vermir?
Bundan da qəribəsi və anlaşılmazı Azərbaycanı öz şəxsi rifahı üçün tərk edib Avropa vergiödəyənlərinin hesabına şellənənlərin, oradakı ağaların ödənişli diktəsi ilə illərlə vətəndə məhrumiyyətlərə dözüb mediada qalmağı seçən ləyaqətli qəzetçilərə dil uzatmasıdır. Ölkədən ən yaxşı şərtlərlə getmək üçün, heç bilirsiniz, nə qədər təkliflər almışam? Dünyaca ünlü jurnalist birliklərinin himayəsinə sığınıb heç bir sosial qayğım olmadan yaşamaq mənim üçün 2x2 olub. Getməmişəm. İstəməmişəm. Nə övladlarımın, nə özümün gələcəyimi vətəndən kənarda görməmişəm. Azərbaycanı çətin günündə qoyub getmək ağır gəlib. Yazılarımla 100 adama haqq etdiyini anlatmağı, əlaqələrimlə 10 adamın işinə yaramağı seçmişəm, millətin ruhunu ölməyə qoymayanların yanında dayanmağı şərəf sanmışam. Şəxsi anlamda nə çətinliklər yaşamışam, bir mən bilirəm, bir övladlarım... İndi 3-5 il qabaq marağa getdikləri mitinqlərdə çəkdirdikləri şəkillərlə Avropanı siyasi mühacir olduqlarına inandırmağa çalışan ipiqırıqlar hədyan danışanda necə susaq?
Söyənlər içində bir başqa zümrə də var – haça-paçalar. Şəxsi mənfəətləri üçün bir ayaqları iqtidar, bir ayağı müxalifət qapısında olanlar. Ay sizi... Axı o evlərdən biri sizə verilsəydi, göydə qapardınız... Ev alan dostların onları «deşifrə» etməsi daha qolaydır. Belələri «Facebook» müzakirələrində hakimiyyəti asıb-kəsir, bir tərəfdən də daxili poçtumuza təbrik yazır. Nə deyəsən?..
Bugünkü Azərbaycan hamımızın ortaq əsəridir. Razı olduğumuzu da, narazı qaldığımızı da biz yaratmışıq. Hakimiyyəti də bizimdi, müxalifəti də. Bu tablonu siyasətçi, məmur, müəllim, həkim, rəssam, qəzetçi, mühəndis, təqaüdçü, tələbə bir yerdə çəkmişik. Razı olmadığımız məqam razı qaldığınızdan çoxdursa, «niyə» sualını öncə özümüzə verək, heç kimə yüklənməyək, bacardığımız bir işin qulpundan yapışıb əyriləri düzəltməyə çalışaq.