Sabotaj, telefon dinləmələri, sui-qəsd planı...
Almaniya “ikinci” soyuq müharibəni yaşayır
Hərbi bazanın divarlarında sirli dəliklər tapılması, Almaniyanın ən böyük silah istehsalçısı olan Rheinmetall şirkətinin rəhbərinə qarşı sui-qəsd planı, Orduda telefon dinləmələri qalmaqalı və s. qalmaqallar 1960-cı illərin casusluq romanlarından olan hekayələr deyil, keçən il Almaniyada baş verən real hadisələrdir.
Bütün bu hadisələrə görə Moskvanı qəti şəkildə ittiham etmək olmaz. Olsa belə sübut etmək mümkün deyil. Lakin Berlin Moskva ilə müharibədə Kiyevə hərbi dəstək verməyə davam etdiyi üçün Almaniya Rusiyanın mümkün təxribatına qarşı hazır vəziyyətdədir.
BBC-nin məlumatına görə, Rusiya və Ukrayna arasında şiddətli müharibə davam etdikcə, Avropanın yeni Soyuq Müharibəyə sürüklənəcəyi ilə bağlı narahatlıqlar var.
“Soyuq Müharibə haqqında düşünəndə daha çox oyunun qaydalarının bəlli olduğu 1970-ci illəri xatırlayırıq... Müəyyən mənada Soyuq Müharibə indi “Biz ilk mərhələsindəyik (1950-ci və 1960-cı illər). Ona görə də biz çox daha çətin bir dövrdəyik”.
Bəs Soyuq Müharibə yenidən alovlansa, Avropanın ən böyük iqtisadiyyatı və bir vaxtlar Dəmir Pərdə ilə bölünmüş bir ölkə üçün necə görünərdi?
Ən böyük böhran keçən ay CNN-in ABŞ rəsmilərinin Berlinə Rusiyanın Almaniyanın ən böyük silah şirkəti olan Rheinmetall-ın baş direktorunu öldürmək planı hazırladığı barədə məlumat verdiyini bildirməsi ilə baş verdi. Kreml bu xəbəri təkzib etdi, lakin Almaniyanın xarici işlər naziri Annalina Berbok Rusiyanı “hibrid təcavüz müharibəsi” apardığına görə tənqid etdi.
BBC-nin məlumatına görə, Ukrayna üçün artilleriya mərmiləri və hərbi maşınlar istehsal edən “Rheinmetall” şirkətinin 61 yaşlı baş direktoru Armin Babergeri öldürmək planı uğurlu olsaydı, Qərb dünyasında “şok dalğaları” yaradardı.
Bundan bir qədər əvvəl təhlükəsizliklə bağlı yaranan böhran casuslara alman hava qüvvələrinin yüksək rütbəli rəsmiləri arasında çox həssas söhbəti dinləməyə imkan verdi. Bu çıxış daha sonra Rusiya televiziyasında yayımlanmasıyla Berlin çox pis vəziyyətə düşdü və Almaniyanın Avropa anti-casusluq portfelində “uzun müddət zəif halqası” olması ilə bağlı ittihamlara səbəb oldu.
Casusluq hadisəsindən həftələr sonra iki alman-rus vətəndaşı ABŞ-ın Bavariyadakı hərbi obyektlərində təxribat törətməkdə şübhəli bilinərək həbs edilib. Berbok Rusiya səfirinə zəng edərək, “Biz Putinin terrorunu Almaniyaya gətirməsinə imkan verməyəcəyik”, – sözlərilə şikayət edib
Ötən həftə Şimali Reyn-Vestfaliya ştatında iki hərbi bazanı qidalandıran su qurğularının divarlarında dəliklər aşkar edilib. Bu, kiminsə su təchizatını çirkləndirməyə çalışması ilə bağlı narahatlıq yaradıb.
Almaniya təxribat aktlarının hədəfi olan yeganə Avropa ölkəsi deyil, lakin İkinci Dünya Müharibəsindən sonra qurulan ABŞ hərbi bazalarının əksəriyyətinə ev sahibliyi edir. Mark Qaleotti Moskvanın Almaniyanı böyük, lakin “boş” bir güc kimi gördüyünü və bu, onu ideal təzyiq nöqtəsinə çevirdiyini deyib.
***
Bunun əksinə olaraq, son illərdə Almaniyaya təsir edən məlum ən böyük təxribat 2022-ci ildə Rusiyadan Baltik dənizinin dibi ilə keçən “Şimal axını” təbii qaz kəmərinin “bombalanması” olub. Hücumu kimin sifariş etdiyi ilə bağlı fərziyyələr o vaxtdan bəri davam edir, lakin hadisəylə bağlı Almaniya ukraynalı dalğıc təlimatçısının həbsinə order verdi.
“The Wall Street Journal” ötən həftə “məhdud” əməliyyatın özəl sektor tərəfindən maliyyələşdirildiyini, lakin Ukraynanın nəzarəti altında olduğunu bildirib və Kiyev bu xəbəri “cəfəngiyyat” adlandırıb.
“Şimal axını” partlayışlarına görə Ukrayna fiqurlarının diqqət mərkəzində olması Almaniyadakı tanış siyasi qanadların hökumətin Kiyevə dəstəyinə qarşı yeni tənqidlərinə səbəb olub.
İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alis Veidel Kiyevə “yardım ödənişlərinə” son qoymağa və “Şimal axını” layihəsinə dəyən ziyana görə Ukraynanın “məsuliyyəti üzərinə götürməyə” çağırıb.
***
Soyuq Müharibə kabusu Avropa qitəsində dolaşarkən Almaniyada da dövrün siyasətləri kəskin və gözlənilməz şəkildə yenidən gündəmə gəlir. Almaniya hökuməti təhlükəsizliyi artırmaq üçün kritik infrastrukturun dayanıqlığını yüksəltməyi nəzərdə tutan yeni qanun üzərində işləyir. Almaniyanın daxili işlər naziri Nensi Vizer “bütün sahələrdə maksimum təhlükəsizlik tədbirləri” görülməli olduğunu bildirib.
Bundan əlavə, ABŞ-ın 2026-cı ildən Almaniyada uzaqmənzilli raketlər yerləşdirməklə bağlı “mübahisəli” planları var. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayanda kansler Olaf Şolz Almaniyanın milli müdafiə və təhlükəsizlik siyasətində dönüş nöqtəsi olacağını vəd edib.
Lakin hökumətin həm tərəfdarları, həm də tənqidçiləri etiraf edirlər ki, müdafiə sahəsinə illərlə kifayət qədər sərmayə qoyuluşunu bərpa etmək və Almaniyanın hərbi keçmişindən çox təsirlənən düşüncə tərzini yeniləmək üçün vaxt lazımdır. Mark Qaleotti deyir ki, söhbət təkcə müdafiənin bərpası ilə bağlı deyil, həm də kibertəhlükəsizlik və əks-kəşfiyyatı təkmilləşdirilmək lazımdır: “Təhlükəsizlik planlaması həftələr və ya aylar ərzində deyil, illər ərzində baş verir”.