Fransaya soyqırım ittihamı
«1 milyona yaxın insan məhv edilən faciədə Fransa və Belçikanın birbaşa rolu olub»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
4 mühacir üçün milyard dollar?
Mühafizəkarların “Ruanda planı” işə yaramadı
-
“Əsrin qan yaddaşı”
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş elektron toplu hazırlanıb
-
Britaniyada ən populyar sual
«Toni Bleyerin nə qədər pulu var?»
-
«Övladım fransızca öyrənməsin!»
«Dünyanın 15 faizi fransızdillidir, amma nə kökdə olduqlarına fikir verin ...»
-
Dəhşətli günlərdən 20 il ötür
Ruandada soyqırımın ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilir
-
«Hərəyə bir şam yandıraq!»
-
Ruanda prezidenti iddia edir ki, 1994-cü il soyqırımına siyasi hazırlıq prosesində Fransa və Belçika birbaşa rol oynayıb. Bu barədə «Əl Cəzirə» məlumat verir.
Ruanda prezidenti Pol Kaqame kütləvi qətllərin 20-ci ildönümü ilə bağlı müsahibəsində bir daha Fransanı 1994-cü il soyqırımında iştirak etməkdə günahlandırıb.
Kaqame həftəlik «Jeune Afrique»də aprelin 6-da nəşr olunacaq müsahibəsində «soyqırıma siyasi hazırlıq prosesində Fransa və Belçikanın birbaşa rolunu» pisləyib.
«20 ildən sonra fransızların fikrincə, onlar haqqında yalnız soyqırım vaxtı insanların həyatını xilas etmək üçün kifayət qədər səy göstərmədiklərini demək olar», - Kaqame «Jeune Afrique»ya deyib.
«Bu faktdır, lakin əsas məqam gizlədilir. Soyqırıma siyasi hazırlıq prosesində və onun həyata keçirildiyi sonrakı mərhələdə Fransa və Belçikanın birbaşa rolunu danmaq olmaz», - Kaqame bildirib.
O, həmçinin Belçikanın keçmiş koloniyasında hərbi humanitar missiyada iştirak edən fransız əsgərləri qanlı qırğınların ortağı olmaqda və «aktyorluq» etməkdə günahlandırıb.
Qeyd edək ki, Ruanda 800,000-dən çox insanın həyatına son qoyan vəhşiliklərin ildönümünü keçirir. Onların əksəriyyətini yerli tutsi xalqı təşkil edirdi.
Paris dəfələrlə ittihamları rədd edib və təkidlə bildirib ki, fransız qüvvələri dinc sakinləri qorumağa çalışırdı.
Xatırladaq ki, Kaqamenin FPR (Rwandan Patriotic Front) partiyasının üsyançıları Hutunun başçılıq etdiyi hökuməti deviriblər və hazırda onun partiyası hökuməti idarə edir. Müharibənin ən dəhşətli cinayətlərinə görə ittiham olunanların çoxu qaçıb. Onların Fransa hərbi missiyası pərdəsi altında gizləndiyi iddia edilir.
2008-ci ildə Ruandanın «Mucyo» komissiyasının məruzəsində bildirilmişdi ki, Fransa qətlləri törədən silahlı dəstələrə təlim keçib və fransız qoşunları da soyqırımda iştirak ediblər. Məruzədə 13 siyasətçi və 20 zabitin adı çəkilirdi.
2006-2009-cu illərdə Kiqali ilə Paris arasında münasibətlər tamamilə dondurulmuşdu. Kaqame münasibətlər qismən yaxşılaşandan sonra iddialarını səsləndirib. Xüsusilə də, ötən ay Fransanın Ruanda ordusunun keçmiş kapitanı Paskal Simbikandvanı (Pascal Simbikandwa) soyqırımdakı roluna görə 25 il azadlıqdan məhrum etməsi böyük təkan olub.
Bu, Fransada üç ay ərzində davam edən vəhşiliklərə görə cavabdeh olanları cəzalandırmaq üçün atılan ilk addım idi.
Qeyd edək ki, Fransanın ədliyyə naziri Kristian Taubira (Christian Taubira) aprelin 7-də Kiqalidə faciəli ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.