vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
18:52 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 95 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məqsədini anlamağa çalışırıq”

Yaponiya və Çin arasında hərbi təyyarə böhranı

CAVİD

Yaponiya Çin hərbi təyyarəsinin ilk dəfə hava məkanını pozduğunu iddia edib.

NHK dövlət televiziyasının məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi Çin ordusuna aid Y-9 tipli hərbi təyyarənin yerli vaxtla saat 11.29-da Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiyanın hava məkanına daxil olduğunu bildirib. Nazirliyin açıqlamasında təyyarənin təxminən 2 dəqiqə ərzində Yaponiya hava məkanını pozduğu, döyüş təyyarələrinin cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt Yaponiya hava məkanını tərk etdiyi bildirilib.

Bildirilib ki, hava məkanının pozulmasından sonra həyəcan təbili çalan Yaponiya Müdafiə Nazirliyi Yaponiya hava məkanını ilk dəfə pozan Çinin məqsədini anlamağa çalışır.