«Qadağalar Aİ üzvlüyünə maneədir»
«Fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
“Onu rənginə görə vurublar”
16 yaşlı yeniyetməni güllələyən polis hakim qarşısında
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Müxalifət lideri də dinlənilib
Yunanıstanın Dəyişiklik Hərəkatının lideri AİHM-ə müraciət edib
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Rütbəli quldur ...
Yunanıstanda bank soymaq istəyən quldurun kimliyi şok yaratdı
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyəni «Twitter» və «YouTube» saytlarına qadağa qoyduğu üçün tənqid ediblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar. Bu barədə «Deutche Welle» məlumat verir.
Aprelin 5-də Afinada görüşən Aİ xarici işlər nazirləri son vaxtlarda «Twitter» və «YouTube» kimi saytlara girişə qadağa qoyulmasını müzakirə ediblər. Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir.
«İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil. Onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur», - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib.
«İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz», - o əlavə edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton vurğulayıb ki, «sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır». O bildirib ki, xarici işlər naziri Türkiyənin Aİ məsələləri üzrə naziri Mövlud Çavuşoğlu ilə Afinada «açıq və dürüst» keçən qeyri-rəsmi danışıqlar zamanı bu məsələni qaldırıb.
Qeyd edək ki, Türkiyənin üzvlük məsələsi barədə danışıqlarda üç illik durğunluqdan sonra noyabrda canlanma yaranıb. Almaniya və Fransa insan hüquqları ilə bağlı problemləri əsas gətirərək, yaxın gələcəkdə Türkiyənin bloka qoşulmasına qarşı çıxırlar.
Zərərli məlumatlar
Ötən bazar keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsinin korrupsiyada əli olduğunu bildirən anonim məlumatların yayılmasından sonra, martın 20-də Türkiyədə «twitter»ə girişə qadağa qoyulub.
Konstitusiya məhkəməsi qadağanın ifadə azadlığına xələl yetirdiyini bildirəndən sonra cümə axşamı qərar ləğv edilib.
Ərdoğanın hökuməti daha sonra yüksək vəzifəli məmurların Suriyaya gizli hücum barədə müzakirələr apardığını iddia edən video və audio yazıların saytda yayılmasından sonra «YouTube»a qadağa qoyub. Cümə günü digər bir qərarla qadağa ləğv edilib, lakin «Hürriyət» qəzeti müvafiq material çıxarılana qədər qadağanın qüvvədə qalacağını bildirib. Ərdoğan məhkəmə qərarlarına hörmət etmədiyini, lakin əməl edəcəyini deyib.
Türkiyə hökuməti son aylarda onlayn məlumatların yayılması ilə böyüyən korrupsiya qalmaqalından xeyli zərər çəkib. Ərdoğan bütün bunlarda ABŞ əsaslı İslam din xadimi Fətullah Gülənin tərəfdarlarını günahlandırır.
Xatırladaq ki, aksiyalara və sərt tədbirlərə baxmayaraq, Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ötən bazar keçirilən seçkilərdə inamlı qələbə qazanıb.