vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
12:27 | 6 aprel 2014 | Bazar Məqaləyə 1244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayden Yatsenyukla danışıb

Əsas mövzu Rusiyanın enerjidən siyasi silah vasitəsi kimi istifadə etməsi olub

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Ukraynanın baş naziri Arseni Yatsenyuk arasında telefon söhbəti olub.

Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, cənab Bayden Ukraynada əldə edilmiş inkişafdan razılığını ifadə edib. O, Beynəlxalq Valyuta Fondu ilə Ukrayna iqtisadiyyatının sabitləşdirilməsinə yardım edəcək ilkikn razılaşmanın əldə edilməsinə dəstəyini bildirib.

Co Beyden Ukraynanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və onun ifadəsilə, «heç bir ölkənin enerjidən siyasi silah vasitəsi kimi istifadə etməməsi» istiqamətində Ukrayna və digər Avropa ölkələri ilə birgə iş aparılmasına söz verib.

ABŞ-ın vitse-prezidenti Ukraynada konstitusiya islahatlarına dəstəyini bildirərək, gələn ay keçiriləcək seçkilərə hazırlıqları alqışlayıb.