vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
13:36 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tapança Nazim» deyiləm»

Məmur güllə kimi açılıb özündən çıxdı

Bakı şəhər Nəqliyyat Departamentinin keçmiş rəisi Nazim Əsgərov ona «Tapança Nazim» deyilməsi və Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan «İnterservis» Xidmət Departamentinin rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirib.

N.Əsgərov Publika.Az-a açıqlamasında artıq iki ildir ki, yeni vəzifəyə təyin olunduğunu söyləyib. O deyib: «Mən artıq iki ildir ki, bu vəzifəyə təyin olunmuşam. Burada da işlər plana uyğun olaraq yüksək səviyyədə həyata keçirilir. 

Digər tərəfdən isə mənə «Tapança Nazim» adını kim qoyubsa, başını böyük daşa döyüb. Mənim öz adım var, ali savadlı oğlanam, 18 yaşından da istehsalatda və ayrı-ayrı vəzifələrdə çalışmışam. Mən «Tapança Nazim» deyiləm. Bunu mənim haqqımda məlumatı olmayanlar deyə bilər». 

N.Əsgərov nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin pis olması barədə mətbuatda yayılan məlumatlara da toxunub: «Mənimlə Ziya Məmmədov arasında heç bir gərginlik yoxdur. Bizim haqqımızda deyilənlər yalandır».