
ABŞ səhiyyəsində yarpaq tökümü
20 min tibb işçisinin ixtisarı planlaşdırılır
20 min tibb işçisinin ixtisarı planlaşdırılır
Alman avtomobil nəhəngləri AB rəhbərliyini Trampla təcili danışıqlara çağırır
ABŞ-ın avtomobil tarifləri AB-ni hərəkətə keçirməyə təşviq edir
Türkiyə kənarlaşdırıldığı proqrama qaytarılır?
Tramp Senatdan İrana zərbə endirməyə icazə verməyi istəyir. Fransa vətəndaşlarına İrandan dərhal çıxmağa çağırır.
Prezident Tramp Nümayəndələr Palatasının sədrinə və Senatın spikerinə İranı nüvə proqramına görə ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi tanıyan və hərbi müdaxilə imkanını nəzərdə tutan S.J.Res 106 və 107-40 saylı İctimai Qanuna istinad edərək, İrana qarşı mümkün hərbi hücuma haqq qazandıran məktub göndərib.
Bu, Cənubi Qafqaz üçün yeni çağırışlar və imkanlar deməkdir.
1. Mümkün hava hücumları ssenariləri
a. Nüvə obyektlərinə məhdud zərbələr: Əsas hədəflər nüvə obyektlərinin yerləşdiyi Natanz, Fordo, Arak, İsfahandır.
b. Hərtərəfli hərbi kampaniya: Hava hücumundan müdafiə vasitələrinə, aerodromlara, komanda mərkəzlərinə və strateji obyektlərə zərbələr.
c. Müttəfiqlərin iştirak etdiyi əməliyyat: ABŞ, İsrail və Böyük Britaniya, Səudiyyə Ərəbistanının mümkün iştirakı.
2. İranın cavabı
a. İsrailə hücumlar: Raket və dron zərbələri, Livanda “Hizbullah” fəaliyyəti.
b. ABŞ bazalarına cavab zərbələri: İraq, Suriya, Fars körfəzində.
c. Hörmüz boğazının bağlanması: Qlobal neft tədarükünün məhdudlaşdırılması.
3. Nəticələr
a. Regionda eskalasiya: Tammiqyaslı müharibə ehtimalı.
b. Artan neft qiymətləri: Qlobal iqtisadiyyata təsir.
c. İranda siyasi dəyişikliklər.
4. Təsirlərin ehtimalı
Hazırda məhdud hava zərbələri ehtimalı mövcuddur, lakin, Rusiya və Çinin mövqelərindən, ABŞ və İsrailin daxili hesablamalarından bəzi məsələlər asılı olaraq qalır. Tam miqyaslı müharibə hələ də mümkün deyil.
Tramp və Netanyahunun Putinə kompromissə getmələrinin səbəblərindən biri məhz İran məsələsinə Kremlin müdaxilə etməməsi istəyidir.