
Birjaların diqqəti ABŞ-da
Qlobal bazarlarda göstəriciləri gözləyir
Qlobal bazarlarda göstəriciləri gözləyir
FED sədri riskə işarə edir
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Bankomatlar xırda pul vermir
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
10 milyard avrodan çox məbləğ bloklandı
ABŞ xəzinə istiqrazları arasında 24 ilin ən böyük fərqi yaranıb
Baş yepiskopun həyatı təhlükədə
Avro və funt-sterlinq üzərində artım gözləntilər isə azaldı
Avroda güclənmə gözlənilir
Almaniyada varlılara daha yüksək vergi müzakirəsi
Avropa Birliyi Mərkəzi Bankı “euro” banknotlarının dizaynını yeniləyir
FED isə “Jackson Hole” simpoziumuna fokuslanıb
Rus və farsların Zəngəzur dəhlizi təlaşına yunanların Türkiyə əndişəsi də əlavə olunur...
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Almaniyada tələbə kreditlərinə maraq azalıb
Keçən həftə Yunanıstanın turizm adasındakı Rodosda korrupsiyada şübhəli bilinən bir planlaşdırma məmurunun evinə polis basqını zamanı qazan, tava və sobada gizlədilən minlərlə avro aşkar edilib.
Saxlanılan 49 yaşlı qadın qanunsuz tikinti icazəsi müqabilində rüşvət almaqda ittiham olunur. Məhkəmə sənədlərinə görə, qadın 100 min avroya qədər rüşvət almaqda və cinayətkar qruplaşmanın üzvü olmaqda ittiham olunur. Şübhəli qadın ona qarşı irəli sürülən ittihamları rədd edib. Qanunsuz tikinti icazəsi müqabilində rüşvət almaqda günahlandırılan məmur Yunanıstanın dövlət sektorundakı dərin korrupsiya problemini bir daha gündəmə gətirib.
Bu, son aylarda ikinci belə araşdırmadır. Rüşvət müqabilində lisenziyaların verilməsi ilə bağlı iddialarla günahlandırılan onlarla dövlət işçisi var. Dekabr ayında Yunanıstanın şimalında oxşar ittihamlarla 100-dən çox adam məhkəmə qarşısına çıxarılıb.
Şikayətlərin sayında artım olduğu bildirilir. Polisin məlumatına görə, bir il ərzində korrupsiya ilə bağlı şikayətlər iki dəfə artıb.
***
Yunanıstan hələ də 2008-ci ilin borc böhranına səbəb olan ictimai idarəetmə boşluqlarını aradan qaldırmayıb. Ölkə iqtisadiyyatı 2 faizdən çox böyüsə də, korrupsiya strukturlarda ən böyük problem olaraq qalır.
“Korrupsiya artıma, məhsuldarlığa və sosial rifaha yüksək xərclər qoyur”, – “Transparency International Greece” təşkilatının vitse-prezidenti, iqtisadçı Harri Papapanaqos deyib.
“Bu hadisələr onu göstərir ki, xərclər artır”, – Papapanaqosun sözlərinə görə, təkcə dövlət sektorunda korrupsiya ölkəyə ildə 14 milyard avroya başa gəlir.
Səhv idarəçilik vergi ödəmək istəyini də azaldır. Bu vəziyyət dövlət maliyyəsinə birbaşa təsir edir. Yunanıstanın qeyri-formal iqtisadiyyatı onun ümumi daxili məhsulunun 20 faizinə yaxınını təşkil edir.
Avropa Komissiyasının “Eurobarometer 2024” sorğusuna əsasən, Yunanıstanın hər üç vətəndaşından biri ən azı bir dəfə rüşvət alan birini tanıdığını deyir. “Transparency İnternational” məlumatlarına görə, Yunanıstan avrozonanın ikinci ən korrupsiyalaşmış ölkəsidir.