
Gizli sənədlər üzə çıxdı
ABŞ-ın xarici siyasət prioritetləri hansılardır?
ABŞ-ın xarici siyasət prioritetləri hansılardır?
“Onlar inam yarada biləcəklərini sübut etməlidirlər”
Tramp bu dəfə Putini və İranı hədələyib
İtaliya Avropa və ABŞ arasında yeni münasibətlərin təməlini qoyur
“Müttəfiqlərinizlə bu cür danışa bilməzsiniz”
ABŞ-ın Yəmənin müxtəlif bölgələrinə 20-dən çox hava hücumu həyata keçirib
NATO üzvləri təhlükə hissləri artdıqca müdafiəyə nə qədər pul xərcləyirlər?
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
ABŞ-da MS-13 cinayətkar qruplaşmasının liderləri ələ keçirilib
Yer üzündə düşmən olanların Mars üçün bazarlığı
ABŞ üç “B-2” bombardmançı təyyarəsini Hind okeanına yerləşdirdi
Tramp nüvə razılaşması ilə bağlı rəsmi Tehrana xəbərdarlıq edib
Ukrayna: “ABŞ nadir torpaqlar üzrə saziş təklifini rəsmən alıb”
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
ABŞ yaxın günlərdə onları Rusiyaya təslim edəcək
Almaniya hökumətindən qlobal ticarətdə “tarif müharibəsi” xəbərdarlığı
ABŞ və Rusiya “Şimal axını” boru kəmərini yenidən açmaq üçün danışıqlar aparır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən kəməri yenidən işə salmaq istədiklərini bildirib: “Təbii ki, fikir ayrılıqları var. Bəs Avropaya normal enerji təchizatının bərpası yalnız Rusiya və ABŞ-ın maraqlarına uyğun olardımı? Biz “Şimal axını” boru kəmərləri ilə bağlı müzakirələr aparırıq. Maraqlı olardı ki, Amerika Avropa üzərindəki nüfuzundan istifadə edərək onları Rusiya təbii qazını qəbul etməyə məcbur etsin”.
Lavrovun bəyanatı ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhə nail olmaq üçün bir-birlərinə yaxınlaşmağa başladığı bir vaxta təsadüf edib.
“The Financial Times” keçən ay yazmışdı ki, Moskva amerikalı investorların dəstəyi ilə “Şimal axını” vasitəsilə Avropaya qaz nəqlini bərpa etmək üçün Putinin yaxın dostunu səlahiyyətli təyin edib.
Putinin 24 fevral 2022-ci il tarixli əmri ilə başlayan Ukrayna müharibəsindən əvvəl Avropa Birliyi (AB) təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. AB müxtəlif sanksiyalar və qərarlar vasitəsilə müharibə başlayandan bəri təbii qazdan asılılığını üçdə iki azaldıb. Rusiya 2022-ci ildə Avropaya əsas qaz tədarükünü təmin edən “Şimal axını 1” boru kəmərini də bağladı. Ukrayna müharibəsindən əvvəl Almaniya təbii qazının yarıdan çoxunu, xam neftin 34 faizini və kömürün 50 faizdən çoxunu Rusiyadan idxal edirdi.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek keçən həftə Şimal axını ilə təbii qaz alışını bərpa etməyin doğru olmayacağını bildirib. Lakin “Politico”nun təhlili göstərir ki, gələn administrasiya bu siyasəti dəyişə bilər. Koalisiyada iştirak edəcək sağ mərkəzçi partiyalar Ukraynada sülh əldə olunarsa, Rusiyadan təbii qaz alışına yenidən başlamaq barədə düşünür.
Digər tərəfdən, bu ssenari AB-ni yenidən enerji baxımından Rusiyadan asılı vəziyyətə salacağı üçün narahatlıq doğurur. Adının açıqlanmasını istəməyən avropalı diplomat, “Bu, Avropa üçün pis vəziyyətdir. Avropa Ukraynaya dəstək vermək istəyirsə, niyə Rusiya qazına qayıtmalıdır?”, – deyib.
Başqa bir diplomat Avropanın danışıqlardan kənarda qalmasını “dəlilik” kimi qiymətləndirərək, “Bizi küncə sıxışdırmaq istəyirlər, bu, iqtisadi imperializmdir”, – deyib.
“Şimal axını” xətlərinin təxribatı 2022-ci il sentyabrın 26-da Baltik dənizinin dibi ilə Rusiyadan təbii qazı Avropaya daşıyan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç partlayış baş verib. “The New York Times” və Almaniyada yerləşən “Die Zeit” qəzetinin “Şimal axını”nın təxribatı ilə bağlı irəli sürdüyü nəzəriyyədə hücumun Ukrayna tərəfdarı olan və yaxta kirayələyən 6 nəfər tərəfindən həyata keçirilə biləcəyi bildirilirdi.
“The Washington Post” qəzeti də təxribatı 48 yaşlı ukraynalı polkovnik Roman Çervinskinin törətdiyini iddia edib. Xəbərdə Çervinskinin təkbaşına hərəkət etmədiyi və əməliyyatı planlaşdıran şəxsin olmadığı bildirilsə də, əmrin Ukrayna Baş Qərargahının o vaxtkı rəisi Valeri Zalujnıya tabe olan daha yüksək rütbəli zabitlərdən gəldiyi iddia edilib. Beləliklə, təxribata görə Ukraynanın məsuliyyət daşıması iddiası daha da güclənib.