
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
... və ya “dil pəhləvan”ın yeni macəraları
Kreml Ukraynaya vurduğu damğanı Azərbaycana da yönəltmək istəyir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
26.03.25 - Vardanyan isə Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir......
Erməni lobbi təşkilatları və din xadimləri (onlar əslində din yox, şər xadimləridir – B.M) Ukrayna və Azərbaycan ərazilərində separatçılıq və terrorizmə “sponsor”luq etmiş dələduz milyarder Ruben Vardanyandan ötrü yaxalarını cırmağa, dünya liderlərinə məktub yazıb onun həbsdən azad edilməsinə nail olmaq üçün timsah göz yaşları axıtmağa davam edirlər.
Döymədikləri qapı qalmayıb. Donald Trampdan tutmuş Roma Papası Fransisə qədər hər kəsə müraciət ediblər (hərçənd ki, Papa indi Rubenin yox, öz canının hayındadır).
Və budur, daha bir müraciət dünya mediasında tirajlanmaqdadır. Bu dəfə Böyük Britaniyanın Baş naziri Kir Starmerə müraciət olunub.
Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyan bir neçə din xadimi ilə birgə cənab K.Starmerə məktub yazıb, ondan Ruben Vardanyanın “əsir”likdən xilas edilməsi üçün səy göstərməsini xahiş edib.
Həmin məktub başdan ayağa saxta iddialardan, yalan-palandan ibarətdir. Görünən budur ki, erməni din xadimləri hamını aldatdıqları kimi İngiltərənin baş nazirini və ingilis xalqını da aldada biləcəklərini düşünüblər.
Ovakim Manukyanın öz yalanlarına Böyük Britaniyanın bəzi dini liderlərini də şərik etməsi təəssüf hissi doğurur.
Ancaq həmin din xadimlərindən fərqli olaraq Kir Starmer hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan ermənilərin və o cümlədən Ruben Vardanyanın “əsir” və ya “hərbi əsir” yox, separatçı və terrorçu olduğunu yəqin ki, yaxşı bilir. Bu adamlar hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslər olaraq məsuliyyətə cəlb ediliblər. Ona görə də hazırda Bakıda davam edən məhkəmə prosesi günahsız təcavüz qurbanları olan azərbaycanlıların hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.
Sözügedən 20-yə yaxın erməni separatçısına “əsir” və ya “hərbi əsir” donu geyindirib onların azad edilməsi çağırışları ilə K.Starmerə və digər dünya liderlərinə müraciət etmək sözsüz ki, növbəti erməni hiyləgərliyinin təzahürüdür.
Dünya liderlərindən isə həmin müraciətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Çox güman ki, Kir Starmer də Ruben Vardanyanla bağlı məlum müraciəti zibil qutusuna atacaq.
İngiltərə hökuməti Putinin keçmiş “çirkli pul” yuyucusu olan və separatizmi maliyyələşdirən Ruben Vardanyana görə Azərbaycan kimi etibarlı müttəfiqi ilə münasibətlərə hər hansı korrektələr etmək fikrində deyil.
Əslində, erməni “din xadimləri” müxtəlif dövlət və hökumət başçılarına yox, birbaşa Vardanyanın özünə məktub yazıb onu tövbə etməyə və Azərbaycan xalqından üzr istəməyə çağırmalıdırlar. Hərçənd ki, bu da real deyil. Çünki heç bir erməni katolikosu və keşişində bu qədər cəsarət və ədalət, insanlıq hissi yoxdur.
Heç Vardanyan da əsl insanlıq nümunəsi göstərməyə, Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir. Çünki ermənilərdə həqiqi Katarsis (arınıb-durulmaq, mənən təmizlənmək, islah olunmaq) ya heç vaxt baş vermir, yadaki çox gec təzahür edir.
P.S. Hələlik isə R.Vardanyan bu məhkəmədən özüyçün maksimum xal yığmağa, piar olunmağa çalışır. Çünki onun ağlından günün birində Ermənistana “qəhrəman” kimi qayıtmaq və Paşinyana rəqib olmaq keçir. Lakin Vardanyanın bundan sonrakı taleyi onun özündən yox, Bakı Hərbi Məhkəməsinin qərarından asılıdır. Axı Tanrı heç bir cinayətkarı cəzasız buraxmır...