
Təyyarədə təxribat şübhələri
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Son 10 ilin ən ölümcül qəzası ilə bağlı həqiqətlər ortaya çıxır
Uçuş zamanı təyyarənin mühərrikindən alovlar yüksəlir
İki paraşütçü havada toqquşdu
“Greenpeace” ekoloji fəlakət barədə xəbərdarlıq edir
Hindistanda daha bir hava nəqliyyatı qəzası
6 nəfər öldü, 25 nəfəri su apardı
Fəlakət ikinci pilotun günahı idi?
Hindistanda qəzaya uğrayan “Air India” təyyarəsi tibb işçilərinin yataqxanasına girib
İçərisində 242 nəfərin olduğu “Boeing 787-8 Dreamliner” Londona uçurmuş
İran AES-nin yerləşdiyi şəhərdə baş verən hadisədə ən azı 3 nəfər ölüb
Milçək dərmanı səpərkən 3 nəfər həyatından oldu
Mariya Karolina motosiklet qəzası keçirdi
Cənubi Koreyada Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
ABŞ-da kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb
“Mercedes”in olmadığı siyahıda “Prius”un yeri hər kəsi çaşdıracaq
“2024-cü il dekabrın 24-də üzərində mənim - yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?”
Bu fikirləri Oxu.Az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib.
O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb:
“Bildiriş məktubunda yazılmışdı ki, “sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama “gecəqondu” deyirlər, üstəlik, evimin çıxarışı var.
Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm. Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin “Melissa Park” şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar.
Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm”.