
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Evi başına uçurdulan şəxsdən ilginc iddia: ““Melissa Park” məhkəmə qərarını çeynədi”
Buzlu gölə düşən təyyarədən dahi taktika ilə xilas
Fransada baş verən qəzada 3 nəfər huşsuz vəziyyətdə xəstəxanaya aparılıb
Təyyarədə yanğına səbəb olan partlayış portativ şarj yasağına səbəb oldu
Ötən il Avropada yol qəzaları 19,800 nəfərin həyatına son qoyub
Avtomobili ilə dərəyə düşən qadın möcüzə nəticəsində sağ qalıb
ABŞ-da növbəti qəza, sərnişinlər uçağın qanadında köməksiz qalıb
Nyu-Yorkda ağac az qala səkidə yeriyən 3 nəfərin üzərinə aşacaqdı
ABŞ səmasında qorxulu anlar
ABŞ-da “Delta Air Lines” şirkətinə məxsus uçaqdan sərnişinlər təxliyə edilib
Fransada partlayış nəticəsində 12 nəfər yaralanıb
Hərbi Dəniz Qüvvələrinin iki pilotu xilas ola bilib
“Sultana” gəmisinin batması XIX əsrin ən dəhşətli gəmi qəzası sayılır
Eniş zolağında toqquşan iki təyyarədən birinin quyruğu qopdu
Şagird və valideynlərin üzərinə şığıyan avtobus xeyli sayda ölüm və yaralanmaya səbəb oldu
“Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. “Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb”.
Bu fikirləri Oxu.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.
O, fikirlərinə belə davam edib: “2024-cü il dekabrın 24-də üzərində oğlumun – yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”.
E.Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb:
“Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır”.
O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:
“Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, “Azərişıq” ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər”.
Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib: “Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, şüşə isə mənim qolumu kəsdi.
Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.