Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
20:52 | 27 mart 2025 | Cümə axşamı
Məqaləyə 169 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Çində kuryoz hadisə – “Mercedes-Benz”i sahibi ilə birlikdə məzarda basdırdılar
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Avropa Birliyi (AB) ABŞ-ın idxal edilən avtomobillərə tətbiq etdiyi yeni tariflərə qarşı tədbirlər hazırlayır. AB Komissiyasının sözçüsü Olof Qill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ-ın idxal edilən avtomobillər üçün açıqladığı yeni tariflərlə bağlı açıqlama verib.
“Biz iqtisadi maraqlarımızı qorumağa hazırıq. Biz, lazım gələrsə, Birləşmiş Ştatların istənilən ədalətsiz və əks məhsuldar tədbirinə sərt, mütənasib, güclü, yaxşı kalibrlənmiş və vaxtında cavab verəcəyik”, – Qill deyib.
Prioritetlərinin problemi danışıqlar yolu ilə həll etmək olduğuna diqqət çəkən rəsmi, AB ilə ABŞ arasında əlaqələri məhv etmək deyil, qurmaq istədiklərini, ABŞ-ın açıqladığı tədbirlərin tamamilə yanlış istiqamətdə olduğunu bildirib.
ABŞ tərəfinin polad və alüminium idxalına rüsum tətbiq etməyə rəsmən başladığını xatırladan Qill, Avropanın buna təsirli cavab verdiyini vurğulayıb.
Qill ABŞ-dan avtomobillərlə bağlı elanı bu mərhələdə aldıqlarını və qarşılıqlı tariflər adlı yeni bir sıra tədbirlərin gələn həftə qüvvəyə minəcəyini öyrəndiklərini bildirib.
“Bu hadisələr bizi kədərləndirsə də, onlara da hazırlaşırıq”, – qeyd edən Gill, hələ həyata keçirilməyən hərəkətlərə mümkün cavabın nə vaxt gələcəyini açıqlaya bilməsə də, AB-nin nəzərdə tutulan effekti almaq üçün, sərt və yaxşı hazırlanmış şəkildə ABŞ-a cavab veriləcəyini vurğulayıb.
"AB vahid bazarımızı, sənayemizi və şirkətlərimizi qorumaq üçün bütün lazımi addımları atacaq", – Qill deyib.
ABŞ prezidenti Donald Tramp dünən yerli istehsalı artırmaq məqsədilə idxal olunan minik və yük maşınlarına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Yeni tariflərin aprelin 2-dən qüvvəyə minəcəyi gözlənilir.