Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
22:17 | 27 mart 2025 | Cümə axşamı
Məqaləyə 231 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Çində kuryoz hadisə – “Mercedes-Benz”i sahibi ilə birlikdə məzarda basdırdılar
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Alman Avtomobil Assosiasiyasının (VDA) prezidenti Hildeqard Müller açıqlamasında ABŞ prezidenti Donald Trampın ABŞ-da istehsal olunmayan avtomobillərə tətbiq etdiyi 25 faiz idxal vergisini dəyərləndirib. Müller ABŞ-dan avtomobil idxalına tətbiq edilən yeni rüsumun iqtisadi nəticələri barədə xəbərdarlıq edib və Avropa Birliyi (AB) rəhbərliyini bu məsələ ilə bağlı təcili danışıqlara çağırıb.
Müller, aprelin əvvəlində qüvvəyə minməsi planlaşdırılan tariflərin həm şirkətlər, həm də avtomobil sənayesinin bir-birilə əlaqəli tədarük zəncirləri üçün əhəmiyyətli bir yük yaratdığını və eyni zamanda ABŞ istehlakçılar üçün mənfi nəticələrə səbəb olacağını deyib.
“Bu, son nəticədə hər iki tərəfin böyüməsinə və rifahına mənfi təsir göstərəcək”, –Müller deyib.
Müller əlavə rüsumların AB-nin ABŞ-a ixracına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini bildirirək, bunun ABŞ iqtisadiyyatına da birbaşa təsir edəcəyini qeyd edib.
Müller Transatlantik Tərəfdaşlıq və azad və ədalətli ticarətin hər iki tərəf üçün böyük iqtisadi əhəmiyyət daşıdığını ifadə edərək, “Tərəfdaşlıq Atlantik okeanının hər iki tərəfində böyümə, rifah və məşğulluğun təminatıdır”, – deyib.
Müller, ABŞ və AB arasında ikitərəfli razılaşmaya dair dərhal danışıqlara çağırıb və bunun avtomobil məhsulları üçün müxtəlif tarif və qeyri-tarif maneələrinin müzakirəsi üçün bir forum təmin edəcəyini və daha balanslı bir yanaşmaya səbəb ola biləcəyini söyləyib.
Şirkətlərin 86 faizi bu tariflərdən təsirlənəcək. VDA-ya görə, orta ölçülü Alman avtomobil şirkətlərinin 86 faizi ABŞ-ın bir çox ölkə və bölgələrə tətbiq etdiyi tariflərin onlara da təsir edəcəyini düşünür.
Assosiasiyanın məlumatlarına görə, Almaniyanın avtomobil sənayesinin ABŞ-da təxminən 138.000 işçisi çalışır. Onlardan 48 mini avtomobil istehsalçılarında, 90 mini isə alman təchizatçılarında işləyir.
Alman istehsalçıları keçən il ABŞ-da 844 000-dən çox avtomobil istehsal ediblər ki, bunun da təxminən yarısı bütün dünyaya ixrac edilib. Almaniyanın avtomobil sənayesinin ən çox ixrac etdiyi ölkə ABŞ-dır.
VDA məlumatlarına görə, 2023-cü ildə Almaniyadan ABŞ-a təxminən 400 min avtomobil ixrac edilib. Trampın yeni tarifləri aprelin 2-də qüvvəyə minəcək.
Tramp sözügedən tariflərin aprelin 2-dən qüvvəyə minəcəyini, ABŞ-da istehsal olunan avtomobillərə heç bir tarif tətbiq edilməyəcəyini bildirib. Ağ Ev rəsmisi Uill Çarf, Trampın imzalaması üçün sərəncamı təqdim edərkən, bunun avtomobil tarifləri vasitəsilə ABŞ-ın illik 100 milyard dollardan çox gəlir əldə edəcəyinin gözlənildiyini söylədi.
Ağ Evin paylaşdığı məlumata görə, amerikalılar 2024-cü ildə təxminən 16 milyon avtomobil alacaq ki, bunun da 50 faizi xaricdən gətirilən avtomobillər olacaq.
Bundan əlavə, ABŞ-ın avtomobil hissələri ticarət kəsirinin 2024-cü ildə 93,5 milyard dollara çatacağı proqnozlaşdırılır. Digər tərəfdən, Amerika və xarici firmalar da daxil olmaqla, ABŞ-da avtomobil və ehtiyat hissələri sənayesində təxminən bir milyon insanın məşğul olduğu qeyd edilib.
Bildirilib ki, keçən il avtomobil hissələri istehsalında təxminən 553 min 300 nəfər çalışırdı və bu rəqəm 2000-ci ildən bu yana 34 faiz azalıb. ABŞ-ın “Bernstein” araşdırma firmasının məlumatına görə, ABŞ-da satılan bütün avtomobillərin təxminən yarısı və bu ölkədə yığılan komponentlərin təxminən 60 faizi xaricdən gətirilir.