57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
22:41 | 27 mart 2025 | Cümə axşamı
Məqaləyə 113 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Fransanın sabiq prezidenti Nikola Sarkozinin korrupsiyada mühakimə olunduğu “Liviya işi”nə görə həbs oluna bilər.
Fransa mətbuatda yer alan xəbərlərə görə, prokurorluq Sarkozi və daha 12 nəfərə qarşı 10 ildən artıqdır davam edən istintaqın ardınca ilin əvvəlində açılan işdə sabiq prezidentə 7 il həbs cəzası istəyib.
İddianamədə Sarkozi ilə mühakimə olunan keçmiş daxili işlər naziri Klod Queantın 6 il, keçmiş daxili işlər naziri Brice Hortefeux üçün 3 il, keçmiş büdcə naziri və Fransa prezidenti Emmanuel Makronun partiyasından deputat Erik Uertin isə 1 il həbs cəzası istənilib.
Sarkozi istintaq başlayandan ona qarşı irəli sürülən ittihamları rədd edib.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin administrasiyasından qeyri-qanuni maliyyə dəstəyi almaqda ittiham olunan Sarkoziyə qarşı məhkəmə prosesi yanvar ayında başlayıb və sabiq prezidentin 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.
Sarkozi 2024-cü ilin dekabrında korrupsiya ittihamı ilə mühakimə olunduğu "telsiz dinləmə" işində bir il ev dustaqlığına məhkum edilib. Sarkozi 1 illik həbs cəzasını elektron qolbaqla evində çəkməyə və 3 il seçilmək hüququndan məhrum edilib.
Hadisə 2007-2012-ci illərdə Fransa prezidenti olan Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı iddia edilir.
Sarkozinin 2006-cı ilin sonu və 2007-ci ilin əvvəllərində seçki kampaniyası zamanı Liviya hökumətindən 50 milyon avro aldığı iddia edilir. İddialardan sonra 2013-cü ildə hadisə ilə bağlı ilkin istintaq başladılıb. Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı seçkiqabağı kampaniya və korrupsiya ittihamı ilə istintaq başlayıb.
Digər tərəfdən, Liviya işində şahid statusunda olan Fransız-Livan əsilli iş adamı Ziad Takieddinenin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir. Takieddine də ilk olaraq Sarkozinin Liviyadan maliyyə aldığını iddia etmiş, lakin 2020-ci ildə ifadələrini dəyişdirmişdi.
Sarkozi ona qarşı irəli sürülən ittihamları ləğv etmək üçün ən azı səkkiz nəfər vasitəsilə Takieddineyə təzyiq etməkdə şübhəli bilinir.
Fransanın sabiq prezidentinin bunun üçün 608 min avro xərclədiyi iddia edilir.