vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
“Tramp özünü aldadılmış hiss edəcək” 18:48 | 27 mart 2025 | Cümə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tramp özünü aldadılmış hiss edəcək”

Makron: “Sanksiyaları ləğv etməyin zamanı deyil”

CAVİD

Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı sammit öncəsi ABŞ prezidenti Donald Trampla görüşüb. Makron-Tramp görüşü ilə bağlı təfərrüatlar verilməyib. Trampla görüşündən sonra açıqlama verən Makron, Rusiyanın Ukrayna ilə bağlı dəqiq cavab vermədiyi təqdirdə Trampın özünü aldadılmış kimi hiss edəcəyini bildirib.

Ukraynada müharibəyə son qoymaq üçün atəşkəs planı və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə 31 ölkənin liderini bir araya gətirən sammit yerli vaxtla saat 10:00-da başlayıb.

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən sammit öncəsi ABŞ prezidenti Donald Trampla görüşüb.

Görüşün təfərrüatları açıqlanmasa da, Makron bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəslə bağlı dəqiq cavab vermədiyi təqdirdə prezident Tramp özünü aldanmış və xəyanət edilmiş hiss edəcək.

Sammitdə çıxış edən Makron Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı olmadığını deyib. “Sülh bərqərar olmadan sanksiyaların ləğvindən söhbət gedə bilməz”, - Makron bildirib.

Makron Rusiya sənayesinə iqtisadi təzyiqi davam etdirməyi hədəflədiklərini və bu istiqamətdə səfərbərliyə davam edəcəklərini də vurğulayıb.