
Köhnə dostların rəqibliyi güclənir
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır
Maaşlar 100 milyon dollara çatır
Süni intellektlə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI”nin sabiq mütəxəssisi: “Süni intellekt bir neçə ilə nəzarətdən çıxacaq”
Həkimlərdən xəbərdarlıq: “Süni intellekt zehni sağlamlığı poza bilər”
Süni intellekt nəhəngi 6 ayda 10 milyard dollarlıq dəyərə çatıb
“OpenAI” daxili casusluqdan qorunmaq üçün tədbirləri gücləndirir
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
Süni intellekt modellərinə nə baş verir?
Alman məktəblərində Süni intellekt narahatlığı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
ABŞ-da federal hakim Sidni Steyn media qurumlarının müəlliflik hüququnun pozulması iddiası ilə bağlı texnologiya nəhənglərinə qarşı qərar çıxarıb. Nyu-York dairəsinin hakimi “The New York Times” (NYT) və ölkədəki bir sıra digər qəzetlərin süni intellekt aləti “ChatGPT”nin yaradıcısı “OpenAI” və “Microsoft”a qarşı açdığı “müəlliflik hüququ” iddialarının davam etdirilməsinə icazə verib.
Media qurumları tərəfindən irəli sürülən bəzi iddiaları rədd edən Steyn, “Open AI” və “Microsoft”a qarşı açılan “müəllif hüququ” iddialarına daha sonra məhkəmədə baxılacağına qərar verib.
NYT vəkili Yan Krosbi verdiyi açıqlamada, Steynin işi diqqətlə nəzərdən keçirməsini təqdir etdiklərini bildirib: “Qərarda qeyd edildiyi kimi, milyonlarla NYT əsərinin geniş miqdarda oğurlanmasına görə “Microsoft” və “Open AI”ya qarşı bütün müəllif hüquqları iddialarımız davam edəcək və biz onların cəzalanmasını səbirsizliklə gözləyirik”, – deyib.
“Denver Post”, “Boston Herald” və “San Diego” “Union-Tribune” kimi 100-dən çox yerli ABŞ qəzetini idarə edən “MediaNews Group”un baş redaktoru Frank Payn da qərarı alqışlayıb.
Payn iddia edib ki, hakimin rədd etdiyi iddialar “OpenAI”nin “MediaNews Group”un “müəllif hüquqlarını pozduğu və şirkətə zərər verdiyi” iddialarını alt-üst etmədi.
“OpenAI” da hakimin qərarını alqışlayıb: “Açıq şəkildə bildirməyi gözləyirik ki, biz AI modellərimizi ictimaiyyət üçün açıq olan məlumatlardan istifadə edərək, ədalətli istifadə və dəstəklənən innovasiyalara əsaslanaraq qurmuşuq”.
“Müəllif hüququ” halları ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Times” 27 dekabr 2023-cü ildə OpenAI və Microsoft-a qarşı işinin süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının pozulduğunu iddia edərək məhkəməyə müraciət edib.
Qəzet “OpenAI”ni nəşr etdiyi milyonlarla məqalədən etibarlı məlumat mənbələri kimi xəbər agentlikləri ilə rəqabət aparan chatbotları öyrətmək üçün icazəsiz istifadə etməkdə günahlandırıb.
“The New York Times”, “ChatGPT” və digər məşhur süni intellekt platformalarının arxasında duran şirkətləri yazılı əsərləri ilə əlaqədar müəllif hüquqları ilə bağlı məhkəməyə verən ilk böyük media orqanı oldu.
Daha sonra 2024-cü ilin fevralında “OpenAI” iddia etmişdi ki, “The New York Times” “ChatGPT” və digər süni intellekt sistemlərini “sındırıb” və müəllif hüquqlarının pozulması ilə bağlı şirkətə qarşı iddiası üçün aldadıcı sübutlar yaradıb.
30 aprel 2024-cü ildə “Alden Global Capital” investisiya fonduna məxsus səkkiz yerli qəzet, o cümlədən “Denver Post”, “Chicago Tribune” və “New York Daily News” media orqanları “OpenAI” və “Microsoft”a qarşı iddia qaldıraraq, “milyonlarla müəllif hüquqları ilə qorunan məqalələri icazəsiz və ödənişsiz istifadə etdiklərini” iddia edib.
“Alden Global Capital” fondu bu qəzetlərin bəzilərini idarə edən “MediaNews Group”un da sahibdir.