vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
“Sizi paramparça edəcəm” 00:21 | 27 mart 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sizi paramparça edəcəm”

Nikol Paşinyan Ermənistanın keçmiş rəhbərliyini təhdid edib

Cavid SƏRXANBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Biz özümüzə sual vermirik ki, niyə Qarabağ məsələsi həll olunmadı? Sadə bir sualdır, hamımız cavab verə bilərik, amma yalnız daşnaklar yox”, – bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı səsləndirib

Nikol Paşinyan əvvəlcə Ermənistanın ifrat sağ partiyası “Daşnaksutyun”u hədəfə götürüb: “Erməni xalqının de-yure qərarvermə mexanizmi, əslində, mövcud deyil. De-yure qərarvermə mexanizminə Ermənistan Respublikasının xalqı malikdir – onlar referendum, seçkilər və s. vasitələrlə qərar verir. Sizə “Daşnaksutyun”un istifadə etdiyi bu anti-dövlət yanaşma lazımdır ki, guya “erməni xalqı belə düşünür”, “erməni xalqı bunu istəyir”. Bunu necə yoxlamaq olar? Kim və hansı hüquqla qərar verir ki, erməni xalqı nə istəyir? Ümumiyyətlə, sizin nə hüququnuz var?

Mən deyə bilərəm ki, hansı hüquqla Ermənistan Respublikası xalqı adından danışmaq hüququna malikəm. Bəs siz hansı hüquqla erməni xalqı adından danışırsınız?”.

Ermənistan baş naziri daha sonra üç “fikir nəhəngi” adlandırdığı sələflərinin siyasətini tənqid edib: “Mən deyə bilərəm, o cümlədən niyə bu məsələ həll olunmadı. Məsələ ondadır ki, 2018-ci ilin aprel ayına danışıqlar masasında olan məzmun, bizim Qarabağ məsələsi ilə bağlı müxtəlif bəyanat və çıxışlarda ifadə etdiyimiz təsəvvürlərlə müqayisədə o demək idi ki: bu vəziyyətdən çıxmaq və onu həll etmək üçün güzəştə getməliydik. Sonra yenə güzəştə. Yenidən. Yenə. Və bir daha”.

Paşinyanın fikrincə, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Koçəryan onu “təslimçiliyə” görə günahlandırmağa çalışırlar. Baş nazir əmindir ki, o hakimiyyətə gələn vaxtda artıq təslim olma qaçılmaz idi: “Yəni Serj Sarkisyanın 2018-ci ildə tərk etdiyi danışıqlar prosesi bu məntiqdən kənara çıxan heç bir mümkün addımı nəzərdə tutmurdu. Elə bir variant yox idi ki, əlavə güzəştlərə getmədən mövqeləri qorumaq mümkün olsun, kapitulyasiyadan başqa. Bu məntiq çərçivəsində atılan hər bir addım labüd şəkildə eyni sonluğa aparırdı. Və 2020-ci ildə ilk olaraq məhz o, ortaya çıxıb öz kapitulyasiya paketini başqalarına sırımağa çalışdı. 2020-ci ilin noyabrına qədər bütün fəaliyyətləri bu prosesi bizim – yəni mənim – üzərimə atmaqdan ibarət idi”.

Paşinyan Köçəryan və Sərkisyanı özlərinin gizlənib, ailə üzvlərini qabağa verməkdə günahlandırıb: “Buna görə də onlara deyirəm: gəlin canlı efirdə görüşək və danışaq! Amma nə edirlər? İmtina edirlər, bəhanə gətirirlər ki, guya vaxtları yoxdur, məşğuldurlar. Amma sonra onların uşaqları, nəvələri, kürəkənləri, gəlinləri, qohumları mətbuat konfransı keçirir və eyni ritorikanı davam etdirirlər”.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət saatı zamanı yenidən öz qəzəbini keçmiş prezidentlərə yönəltdi. O, Qarabağ mövzusunda canlı efirdə debat keçirilsə, onları “divara çırpmaqla” hədələdi: “Baxın, əgər müzakirə edəcək bir şeyiniz yoxdursa – susun. Əgər diskussiya istədiyiniz varsa – gəlin və açıq danışın. Mən sizinlə mübahisə etməyəcəm, sadəcə sizi divara çırpıb paramparça edəcəm, və siyasi meyitlərinizin qalıqlarını bu arenadan çıxaracaqlar. İnsanların əsəbləri ilə oynamağa bəsdir! Mən sizi əzəcəyəm, boş mübahisələrə girməyəcəyəm. Onlar bunu bilirlər, buna görə də açıq müzakirədən yayınırlar”.

“Amma sabahdan etibarən hər şey dəyişəcək. Uşaqları, nəvələri, kürəkənləri, gəlinləri – ya susurlar və bu mövzuda danışmırlar, ya da açıq dialoqa gəlirlər. Üçüncü yol yoxdur”.

Ermənistanın Baş naziri əmindir ki, hər üçü bunu bilir, ona görə də canlı efirə çıxmağa razı olmurlar: Bu andan etibarən onların hər hansı bir bəyanatına tək bir cavab veriləcək: “Susun. Əgər deyəcək sözünüz varsa – qoy liderləriniz açıq diskussiyaya çıxsınlar”. Bu, bizim üçün ən rahat siyasi zonadır. Amma artıq insanların başını aldatmaq yetər! Problem ondadır ki, onlar sadəcə danışmırlar – onlar insanların əsəblərini sıradan çıxarırlar. Bax əsas problem budur.

Söhbət də məhz bundan gedir”, – deyə Ermənistan baş naziri çıxışını tamamlayıb.