vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
09:17 | 17 aprel 2014 | Cümə axşamı Məqaləyə 1748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Talıbovu öz naziri «satıb»

Ərdoğanın hədəfindəki daha bir məmur-oliqarx; Ali Məclis sədrinin Naxçıvan MR-nın daxili işlər naziri ilə konfliktinin şok səbəbləri üzə çıxır; «Naxçıvan xanı» İsrail və nurçularla işbirliyində suçlanır; Türkiyənin baş nazirinin «qara siyahısında» yeni adlar...

Xəbər xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yeni Müsavat»ın Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyi və 20 ildən çoxdur tutduğu vəzifəsindən gedəcəyi barədə manşet yazısından sonra bu mövzuda yeni sensasion bilgilər əldə etmişik. Xatırladaq ki, həmin məlumatda bildirilirdi ki, prezident İlham Əliyevin aprelin 8-də Naxçıvana səfəri zamanı V.Talıbovun «səhhətində yaranmış problemlərlə bağlı» (Ali Məclis sədrinin şəkərli diabet və yüksək qan təzyiqindən əziyyət çəkdiyi deyilir) postundan getmək istəyi də ciddi müzakirə edilib və bəzi razılaşmalar əldə olunub.

Məlumatda o da bildirilirdi ki, V.Talıbov özündən sonrakı dönəmdə ona qarşı çıxa biləcək məmurları indidən neytrallaşdırmaq niyyətindədir. Bir müddət əvvəl Naxçıvanın kənd təsərrüfatı naziri Məmməd Abbasovun işdən çıxarılması məhz V.Talıbovun istəyi ilə olub. MR-in daxili işlər naziri Əhməd Əhmədovun da yola salınması ərəfəsində olduğu deyilir. Belə xəbərlər var ki, V.Talıbov onun yerinə qohumu Səbuhi Novruzovu və ya muxtar respublika ədliyyə nazirinin müavini Elnur İsmayılovu gətirmək istəyir. 

Əldə etdiyimiz yeni bilgilərdə isə deyilir ki, prezidentin Naxçıvana son səfərində V.Talıbovun muxtar respublikanın siyasi elitası, eləcə də daxili işlər naziri Əhməd Əhmədovla gərgin münasibətləri də ciddi müzakirə edilib. Mənbənin iddiasına görə, V.Talıbov bir neçə dəfə məxfi şəkildə Bakıya gələrək Naxçıvanın daxili işlər nazirindən gileylənib və onun dəyişdirilməsi üçün müəyyən dairələrdən kömək istəyib. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına görə, Naxçıvan MR-in icra başçılarının təyinatı prezidentin səlahiyyətindədir. MR-in Nazirlər Kabinetinin formalaşması isə Ali Məclisin səlahiyyətlərinə daxildir. Amma bu, formal olaraq belədir və muxtar respublikanın əsas nazirlərinin təyinatı (eləcə də işdən azad edilməsi) mütləq mərkəzi hakimiyyətlə razılaşdırılır. Əhməd Əhmədov V.Talıbovun 16 iyun 2000-ci il tarixli fərmanı ilə Naxçıvanın daxili işlər naziri təyin edilib və muxtar respublikanın ən uzun ömürlü naziridir.

General-leytenantla V.Talıbovun konfliktinin səbəbi isə əsl sensasiyadır. Qaynağımızın məlumatına görə, Naxçıvanın daxili işlər nazirinin gizli şəkildə V.Talıbova qarşı işlədiyi üzə çıxıb və məsələ böyüyüb. Aydın olub ki, nazir uzun müddətdir V.Talıbovdan dosye yığırmış. Əhməd Əhmədov V.Talıbovun yerlisidir (nazir də şərurludur). Amma məlum olub ki, Ə.Əhmədov gücünü başqa bir naxçıvanlı nazir-oliqarxdan alırmış və ona daha yaxın olub. Ə.Əhmədovun «uzunömürlülüyünün» sirri də məhz Bakıdakı və Ali Məclis sədri ilə konfliktdə olan nazir-oliqarxın himayəsində olmasıdır.

Mənbəmizin iddiasına görə, Ə.Əhmədov həmin nazir-oliqarxa V.Talıbovla bağlı dosyelər ötürüb. Həmin dosyelər isə həm prezidentə, həm də Türkiyə dövlətinin rəhbərliyinə çatdırılıb. Dosyelərdə toplanmış gizli çəkilişlər, səs yazıları isə V.Talıbovun Gülən «camaat»ı və ən əsası, İsraillə gizli iş birliyində olduğunu təsbit edib. Qeyd edək ki, bu iddialar kifayət qədər inandırıcı və əsaslı görünür. Çünki Naxçıvan Türkiyə və İranla həmsərhəddir. V.Talıbovun Türkiyənin siyasi elitası ilə münasibətləri Azərbaycan rəhbərliyi qədər isti olmayıb. Yəqin ki, Naxçıvan rəhbərinin Gülən «camaat»ı ilə əlaqələri nurçuların Türkiyənin baş naziri Ərdoğanla münasibətləri korlanmamışdan əvvəl yaranıb. Ərdoğan isə indi özünə düşmən elan etdiyi nurçuların Azərbaycanda istənilən fəaliyyətinə qarşıdır və bunlara son verilməsi üçün Bakıdan açıq dəstək istəyib.

V.Talıbovun İsraillə işbirliyinə gəlincə, İranla həmsərhəd olan Naxçıvanın yəhudi dövləti üçün əhəmiyyətini izah etməyə ehtiyac qalmır. İsrail özünə düşmən bildiyi İranın bütün sərhədlərində «öz gözətçilərini» qoymaqda maraqlıdır və bu baxımdan V.Talıbovun Təl-Əvivlə əlaqələrinin olması real görünür. Məlumatlara görə, V.Talıbovla bağlı yuxarıda sadaladığımız hər iki iddiadan Türkiyənin baş naziri də xəbərdardır.

Hətta Ərdoğan Bakıda prezident İlham Əliyevlə görüşündə ehtiyatla, həm də bir az küskün tonda bu mövzunu da açıb. Türkiyənin baş naziri «ən yaxın adamınız mənim iki düşmənimlə (İsrail və Gülən «camaat»ını nəzərdə tutaraq) iş birliyindədir» deməsi də gələn sensasion xəbərlər sırasındadır. Qaynağımız güman edir ki, Ərdoğanın Bakıya gətirdiyi dosyelər sırasında V.Talıbovun PKK ilə ilişkiləri olduğuna dair illərdi yayılan iddialar da öz əksini tapıb. 

V.Talıbovun kürd əsilli türkiyəli iş adamı Emil Uçarla şərikli biznesi olması xəbərləri yeni deyil. Mətbuat Emil Uçarın Naxçıvandakı biznesi və onun V.Talıbovla ortaq olması barədə uzun müddətdir yazır. Emil Uçar Naxçıvanda «Gəmiqaya» şirkətinin əsl sahibi kimi tanınır, onun «Uçar İnşaat» adlı tikinti şirkəti və bankı da var. Bu şəxsin PKK-ya bağlı olması dəfələrlə Türkiyə qaynaqlarında da doğrulanıb. Həmçinin onun yaxın qohumlarının PKK sıralarında döyüşməsi və terror təşkilatının fəaliyyətlərinə başqa formada dəstək verməsi barədə də Türkiyə qaynaqlarında məlumatlar gedib.

Xəbərlərə görə, məhz Emil Uçarın dəstəyi ilə Türkiyədən PKK tərəfdarları olduğu güman edilən xeyli kürd Naxçıvan bölgəsində yerləşib. Onun həbs edilməsi, Naxçıvandan çıxarılması kimi ayrı-ayrı vaxtlarda məlumatlar da yayılıb. 

 

***

 

Ərdoğanın Bakı səfərindən dərhal sonra prezidentin Naxçıvana getməsi ilə V.Talıbovla bağlı bu xəbərlərin yayılmasının üstü-üstə düşməsi təsadüf də ola bilər. Amma paytaxt Bakıda və Azərbaycanın bölgələrində nurçulara qarşı əməliyyatların başlanması, hətta fəaliyyətinin rəsmən qadağan edilməsi barədə çağırışların fonunda V.Talıbovun bu təriqətlə əlaqələrinin gündəmə gəlməsi təsadüfə oxşamır. Yayılan informasiyaların təhlili göstərir ki, Ərdoğanın Bakıya gətirdiyi dosye əsasında fəaliyyətə start verilib. Ərdoğanın «qara siyahısı»nda olan ARDNŞ prezidenti Rövnəq Abdullayevin nurçulara «SOCAR-Türkiyə» üzərindən maddi dəstək verməsi xəbərindən sonra onun iri media layihəsi dayandırıldı. İndi V.Talıbov da çətin duruma düşüb. 

Məlumatlı mənbə onu da iddia edir ki, Ərdoğanın dosyelərində Bəylər Əyyubovun da adı var. Maraqlıdır ki, hakimiyyətin hədəfində olan R.Abdullayev də, Naxçıvan Ali Məclisinin sədri də B.Əyyubova ən yaxın adamlardır...Təsadüfmü?