vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
09:18 | 18 aprel 2014 | Cümə Məqaləyə 1444 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azəriqaz»ın «ASAN»laşma siyasəti

Smartkartlarla bağlı problemlər mərkəzdə həll olunacaq

«Azəriqaz» «ASAN xidmət»də göstərdiyi xidmətlərin sayını artıracaq. Cari ilin fevral ayından başlayaraq abonentlərə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində xidmətlərini təklif edən ARDNŞ-nin «Azəriqaz» İstehsalat Birliyi yaxın vaxtlarda bu xidmətlərin əhatə dairəsini genişləndirəcək, abonentlərə göstərilən xidmət növlərinin sırasına daha bir neçəsi əlavə ediləcək.

Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac kartlarının verilməsi, eləcə də səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsi ilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi kimi xidmətlər də «ASAN xidmət» mərkəzlərində həyata keçiriləcək.

Xidmətlərin əhatə dairəsi genişləndikdən və yeni növ xidmətlərin tətbiqindən sonra Bakı şəhərindəki Qaz istismar sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq.

İstehlakçılarla münasibətlərin təkmilləşdirlməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı şəhərində «Azəriqaz» İB-nin ayrıca fəaliyyət göstərən Müştəri xidmətləri ofisinin açılması da planlaşdırılır.