17:02 | 28 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 3628 dəfə baxılıb
Şriftin ölçüsü
Tural Müseyibov işdən çıxarıldı
İTV sabiq sədr müavini FHN-in mətbuat xidmətinin rəhbəri oldu
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.
Xatırladaq ki, uzun illər «AzərTAc»da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.