vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ŞOU BİZNES  
10:15 | 14 may 2014 | Çərşənbə Məqaləyə 3031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əslində abrıma qısılıram»

«Əgər ağzımı açsam...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Teleaparıcı Zaur Baxşəliev internet portallarında yazılan xəbərlərə kəskin yanaşıb, hətta bir qədər hədələyici mövqe tutan aparıcı xüsusi ismarıc da göndərib.

«Bütün saytların rəhbərlərinə irad tuturam ki, insanların şəxsi həyatını müzakirə edirlər. Əslində mən bir az abrıma qısılıram. Əgər ağzımı açsam, saytlarda başqalarının həyatını müzakirə edənlər gərək başlarını qaldırıb baxmasınlar. Hamısı deyil, bəzilərinə aiddir.

Burada ciddi mövzular müzakirə olunur, lakin onlardan bir cümlə belə yazılmır. Amma bir balaca kənara çıxsan, məsələn, qarnına vursan, yazacaqlar ki, «Zaur canlı efirdə qarnına vurdu».

Brilliant xanım mənim köynəyimin düyməsini açdı, hamı yazacaq ki, «Brilliant Dadaşova Zauru soyundurdu». İnsanlara sanki belə mövzular maraqlıdır».

Xatırladaq ki, Zaur Baxşəliyev ATV telekanalında qalmaqallı şəkildə «Ümid var» verilişi bağlandıqdan sorna «Öz aramızda» sosial-analitik verilişinə aparıcılıq edir. Verilişdə sosial-analitik mövzularla yanaşı, adi insanların, eləcə də bir çox məşhurların şəxsi həyatları müzakirə olunur. (show.az)