vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
16:30 | 14 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 2909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qüruruma toxundu»

Xoşqədəm Hidayətqızı ATV rəhbərliyini ittiham etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Teleməkanın məşhur «Səni Axtarıram» layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib. «Qafqazinfo»ya xəbər verir ki, Xoşqədəm Hidayətqızı Azad Azərbaycan Televiziyasından (ATV) ayrılması haqda danışıb.

«Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. ATV»isə mənə inandı və layihəmlə tanındım.

«Səni axtarıram» müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir, 5 il bütün gücümü ATV-yə, «Səni axtarıram»a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib ATV rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu». 

Xoşqədəm Hidayətqızı bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib:

«Yalana nifrət edirəm. Dəfələrlə ATV-dən getmək istəyirdim. Üç il ANS-dən gələn təkliflərə yox demişəm. ATV mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, «istəyirəm layihəni yayımdan qaldırım». Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, «mənə tapşırıblar ki, «Səni axtarıram» efirə getməməlidir». Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, «get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq». Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım»

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu «Səni Axtarıram» verilişi ilə birgə ATV-dən ayrılaraq ANS-ə keçib. Bununla bağlı media jurnalist haqqında müxtəlif məlumatlar yayıb. Bu məlumatlar arasında ittihamlar da çoxdur.