Hər kanala 200 min veriləcək
MTRŞ-ın qərarı ilə ayrılan pul serialların çəkilişi üçün nəzərdə tutulub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Yeni Bakı»da yeni həyat
Mehriban Əliyeva Masazır qəsəbəsində tikilən mənzillərin məcburi köçkün ailələrinə təqdim olunma mərasimində
-
3 rayonda karusel
İcra başçıları prezident fərmanı ilə yerlərini dəyişdi
-
Günahkar kimdir?
Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya
-
«Müəlliflik hüququ ona aid deyil»
ATV Xoşqədəmin «Səni Axtarıram»la verlişilə bağlı ittihamlarına cavab verdi
-
«Qüruruma toxundu»
Xoşqədəm Hidayətqızı ATV rəhbərliyini ittiham etdi
-
«Xoşqədəmin verilişində xəstələndim»
«Özüm üçün yaşayıram...»
-
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb.
Milli Televiziya və Radio Şurasının
qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə
milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat
məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.