vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
17:42 | 14 aprel 2015 | Çərşənbə axşamı Məqaləyə 3170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günahkar kimdir?

Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya

Şahanə RƏHİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Səni axtarıram» verilişinin tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) ATV-dən ayrıldığını təsdiqləyib. Aparıcı keçirdiyi mətbuat konfransında ATV-dən uzaqlaşmasında telekanalın prezidenti Vüqar Qaradağlını ittiham edib. Bildirib ki, verilişin dayandırılması kanal rəhbərliyinin istəyi ilə baş tutub.

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli ATV rəhbərliyi ilə jurnalist arasında yaranan qalmaqala münasibət bildirib. Qeyd edib ki, aparıcı layihəni bir prodakşn kimi təqdim edirsə, əvvəlcədən şirkətlə davranış, maliyyə və hüquqi prosedurlarla bağlı müqavilə bağlayırsa, üstəlik bu layihəni əqli mülkiyyət kimi Müəllif Hüquqları Agentliyindən keçirirsə, onun ixtiyarı var ki, həmin verilişi başqa bir kanalda öz orijinal layihəsi kimi təqdim etsin.

«Əgər bütün bunlar yoxdursa, üstəgəl telekanal xüsusən ilkin mərhələdə həmin layihənin gerçəkləşməsi üçün maliyyə sərf edirsə, işçilərə əmək haqqı ödəyirsə, o zaman verilişə aid bütün hüquqlar televiziya kanalına aiddir. Təəssüf ki, bizim bir çox televiziya kanalları və aparıcılarımız bu məsələləri bir çox hallarda aydınlaşdırmırlar. Və belə olan halda bu cür anlaşılmazlıqlar və narazılıqlar yaranır. Yaxşı olardı ki, bu məsələ ictimaiyyətə çıxmadan qarşılıqlı razılaşma şəklində həll olunardı.

İnsan uzun illər bir televiziya kanalında çalışır, auditoriya toplayır, müəyyən çevrədə tanınır. Burada əsas çətinlik bəlli bir mərhələdə telekanalın yeni yayım strategiyası ilə aparıcının maraqları arasında fərqlərin meydana çıxmasıdır. Məncə, qarşılıqlı anlaşma, hörmət-izzət pozulduqda davranışlar etik çərçivədən kənara çıxır ki, bu da yol verilməzdir. Məsələ hüquq baxımından öz əksini tapmalıdır».

Q.Məhərrəmli hesab edir ki, «Səni axtarıram» verilişi orijinal layihə deyil: «İndinin özündə də Rusiya kanalında bu adda veriliş yayımlanır, bizim sentimental tamaşaçılar arasında da ona baxanlar var. İnsafən bizdə də bu tip şounun populyarlaşmasında Xoşqədəm xanımın aparıcılığı böyük rol oynayıb. Amma belə anlaşılır ki, veriliş ATV-nin məhsuludur və ixtiyar da ondadır. Sadəcə olaraq məsələnin etik tərəfləri var ki, bunu əvvəlcədən kanal ilə razılaşdırmaq mümkün idi. Məsələni bu şəkildə ictimaiyyətin müzakirəsinə çıxarmağı anlaşma üçün məqbul hesab etmirəm. İndiki halda bu, daha çox hüquqi məsələdir, TV yeni yayım cədvəli müəyyənləşdirdikdə istədiyi yeni verilişi açır, əvvəlkiləri qapadır, lazım bilirsə, bir verilişi daha geniş miqyasda və fərqli formatda təqdim edir. Ona görə məsələyə hüquqi prizmadan baxmaq və etika ilə hüququ uyğunlaşdırmq lazımdır».

Tanınmış telejurnalist Elçin Əlibəyli isə AzVision.az-a bildirib ki, layihənin müəlliflik hüququ həllini tapmayan məsələdir.

«Dünyada məşhur şirkət var ki, onlar hər il orijinal layihələri kanallara satırlar. Bundan başqa hansısa bir layihənin orijinal olduğu, əvvəllər heç kimin istifadə etmədiyi, hansısa bir layihənin təkrarı olmadığı və s. müəllif hüququları məsələsi bir az hüquqi cəhətdən öz həllini tapmayan bir məsələdir.

Tək Azərbaycanda deyil, hər yerdə belədir, ona görə də hansısa bir layihənin müəlliflik hüququ sərhədləri olmayan, müzakirə predmeti ola biləcək bir məsələdir. Layihənin adı məsələsində də bir etika var. Hansısa bir veriliş bir kanalda yayımlanırsa, artıq ad ona məxsusdur. Mən hesab edirəm ki, veriliş başqa bir kanalda başqa bir adla daha maraqlı görünə bilər».

E.Əlibəyli bildirib ki, aparıcı öz layihəsini başqa bir kanalda başqa bir adla davam etdirə bilər.

«Bu çox normaldır. Əslində sivil bir şeydir. Söhbət ondan gedir ki, Azərbaycan teleməkanında sayılıb seçilən layihələrin bu qədər ajiotaj yaratması xoşa gələn haldır. Deməli Azərbaycan televiziyasında uğurlar var. ANS də, ATV də aparıcı kanallardır. Vüqar Qaradağlı peşəkar televiziya təşkilatçılarından biridir. Televiziyada belə şeylər olur və bu çox normal hadisədir. ANS-dən tanıdığımız yaxşı aparıcılar ATV-yə gətirilib, uğurlar əldə olunub».

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva iddialarına ATV sərt cavab verib. Telekanalın yaydığı açıqlamada bildirilir ki, «Səni axtarıram» verilişi X.Baxşəliyevaya məxsus deyil.