Vüqar Qaradağlı ATV-dən çıxarıldı
Telekanalın kollektivi buraxıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATV-nin aparıcısının səhvi və “üzrxahlığı”
“Biz torpaqlarımızı işğal edəcəyik...”
-
Efir siyasəti dəyişir
İqtidar xaricdən yönələn hücumlara daha sanballı cavab vermək üçün televiziya siyasətində ciddi islahatlara hazırlaşır
-
ATV-dən «qovulan»lar
Yox, ölürlər yaxşıdır...
-
«Hələlik yeganə göstəriş odur ki, ...»
ATV prezidentindən Vaqif Aydınoğlunun təyinatı ilə bağlı açıqlama
-
ATV rəhbərliyi niyə bitirildi?
Şeyxlə savaş və Abutalıbovun diski - 2012-ci ildə İbrahimovlardan alınan ATV-də «ikinci zəlzələnin» sirri...
-
«ATV səhər» açılmayacaq
Proqram mövsümün bitməsinə bir ay qalmış bağlandı
-
«Acizlikdir...»
Qulu Məhərrəmli: «AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur»
-
Günahkar kimdir?
Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya
-
«Müəlliflik hüququ ona aid deyil»
ATV Xoşqədəmin «Səni Axtarıram»la verlişilə bağlı ittihamlarına cavab verdi
-
«Qüruruma toxundu»
Xoşqədəm Hidayətqızı ATV rəhbərliyini ittiham etdi
-
«Qısa geyinəndə yeriyə bilmirəm»
«Ona görə yox ki, mən Həcc ziyarətində olmuşam»
-
«Əslində abrıma qısılıram»
«Əgər ağzımı açsam...»
-
«Davranışlarına fikir ver»
MTRŞ-dan Zaur Baxşəliyevə xəbərdarlıq
-
«Sitatın sonu» açıqlaması
«... Efirə getməsi nəzərdə tutulmayıb»
-
«Sitatın sonu»nun sonu
Etibar Hüseynova ATV-dən zərbə
-
«Azad Azərbaycan» Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib. A.Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.
Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: «Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm».
A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu «ATV Səhər» verilişinin yayımı dayandırılıb: «Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu «Yoxlama» verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq».
Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Onun yerinə A. Xəlilov təyin olunub.
A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
***
15:54
ATV telekanalının kollektivi buraxılıb. virtualaz.org-a məlum olub ki, bu, Vüqar Qaradağlının telekanalın direktoru vəzifəsindən uzaqlaşdırılmasından dərhal sonra baş verib.
Məlumata görə yeni rəhbərlik tərəfindən telekanalın bütün departament rəhbərləri, aparıcılar və «ATV Səhər» proqramının müəllifi Turan İbrahimov işdən çıxarılıb.
***
14:33
Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.