«Davranışlarına fikir ver»
MTRŞ-dan Zaur Baxşəliyevə xəbərdarlıq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATV-nin aparıcısının səhvi və “üzrxahlığı”
“Biz torpaqlarımızı işğal edəcəyik...”
-
Mirşahin yeni kanal açdı
Keçmiş ANS-çilər REAL brendi altında yenidən başlayır
-
Aparıcılar efirdən necə görünür?
Rövşanə danışmağa imkan vermir, Zaur təhqir edir ...
-
Teleradio Şurası kanalların «ayıbına» göz yumur
Əksəriyyəti tələblərə əməl etmir
-
Efir məkanında nizam-intizam?!
+12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması qaydaları açıqlandı
-
Efir siyasəti dəyişir
İqtidar xaricdən yönələn hücumlara daha sanballı cavab vermək üçün televiziya siyasətində ciddi islahatlara hazırlaşır
-
ATV-dən «qovulan»lar
Yox, ölürlər yaxşıdır...
-
«Hələlik yeganə göstəriş odur ki, ...»
ATV prezidentindən Vaqif Aydınoğlunun təyinatı ilə bağlı açıqlama
-
ATV rəhbərliyi niyə bitirildi?
Şeyxlə savaş və Abutalıbovun diski - 2012-ci ildə İbrahimovlardan alınan ATV-də «ikinci zəlzələnin» sirri...
-
Vüqar Qaradağlı ATV-dən çıxarıldı
Telekanalın kollektivi buraxıldı
-
Gedək üzü işığa...
...Yaxud başına gələn başmaqçı olar
-
«Bu cənab prezidentin hədiyyəsidir»
Əli Həsənov: «Hədiyyəni isə heç vaxt müzakirə etməzlər»
-
Liderin evi
Media çoxtərəfli basqı altındadır
-
Prezidentin «Yazın!» hədiyyəsi 255 mənzilə sığmaz
Bu etimadı itirmək təhlükəsinin milyonda bir ehtimalı belə, ağlının ucundan keçirəndə diksinirsən
-
«Prezident həqiqəti yazmağı tövsiyə etdi»
Əli Həsənov: «Təəssüf ki, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik»
-
Xeyirli olsun, amma...
Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan «Məni yarımdan soruş» verilişində aparıcı Zaur Baxşəliyevin iştirakçıları aşağılaması ilə bağlı məsələyə münasibətini bildirib. Milli Televiziya və RadioŞurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir:
«Aparıcı efirdən belə bir hərəkətə yol
verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur
aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir
verməlidirlər. Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu
müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə,
məhkəməyə müraciət edə bilər. Bəlkə həmin şəxs bunu zarafat kimi qəbul edib. O
da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs
istəyirsə məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan
aparıcılara dəfələrlə tövsiyə etmişik ki, bu kimi hallara yol verməsinlər.
Davranışlarına, danışıqlarına fikir versinlər».
Qeyd edək ki, ATV-də yayımlanan «Məni
yarımdan soruş» verilişində aparıcı Zaur Baxşəliyev növbəti dəfə iştirakçıları
təhqir edib. azxeber.com xəbər verir ki, verilişdə yarışan Elşən və Reyhanə
cütlüyü aparıcı tərəfindən təhqir olunub. Belə ki, Zaur iştirakçıdan məşhur
aktyor Lui De Fines haqda soruşub. Elşən isə cavabında onu tanımadığını deyib.
Bu cavabdan təəccüblənən Zaur iştirakçıya «Sən nə gündəsən, ay bədbəxt» deyib.
Daha sonra Lui De Fines haqda ona suallar ünvanlayıb və iştirakçını çıxılmaz
vəziyyətə salıb. Maraqlıdır ki, Elşənin həyat yoldaşı da bütün bunları gülüşlə
qarşılayıb. Zaurun iştirakçıları aşağılaması təkcə bununla kifayətlənməyib.
O, verilişdə iştirak edən Qəhrəman və Tamellanı da təhqir edib. Belə ki, o iştirakçıya «yaxşı ki, sarı önlükdə yoldaşının qarşısına çıxmamısan, yoxsa səni bəyənməzdi» deyib. Kişi də cavabında deyib ki, bəli bəyənməzdi, ancaq o məni bəyənib. Bu cavabdan sonra Zaur Qəhrəmanı da təhqir edib: Guya indiki «vidin» yaxşıdır ki? İndi ondan da pis «viddəsən» deyib.