vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
21:19 | 3 dekabr 2017 | Bazar Məqaləyə 2961 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aparıcılar efirdən necə görünür?

Rövşanə danışmağa imkan vermir, Zaur təhqir edir ...

KÖNÜL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəzən aparıcılar qeyri-etik davranırlar, qonaqları aşağılayırlar, onların gizli saxladıqları sirri efirdə səsləndirirlər. Bu cür addımlar atmaq olmaz».

Son günlər müzakirə olunan məsələlərdən biri də efirdə olan aparıcıların davranışıdır. Onlar, gah proqrama dəvət olunmuş qonağı təhqir edir, gah onlara danışmağa imkan vermir, gah da qonaqlarla söz davasına çıxırlar.

Efirdə yaşananlar isə tamaşaçının gözündən qaçmır. Onlar fikirlərini sosial şəbəkədə bildirirlər. Biz də mövzunun aktuallığını nəzərə alıb kiçik bir sorğu keçirdik. Sorğu nəticəsində məlum oldu ki, qonaqlara imkan verməyən aparıcıların siyahısına Rövşanə Ağasəfqızı başçılıq edir. Növbəti yerləri isə Zaur Kamal, Zaur Baxşəliyev, Tahirə Məmmədqızı, prodüser Tolik və başqaları bölüşür.

Belə ki, R. Bektaşi son olaraq Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla qalmaqal yaşamışdı. Aparıcı «Səhər-səhər» proqramında «Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar» fikirlərini səsləndirmişdi. Onun sözləri birmənalı qarşılanmayıb və sərt tənqid olunmuşdu.

Z.Kamal isə əsasən qonaqları aşağılamağa çalışır. O, gah qonağın gizli saxladığı sirri ifşa edir, gah da onlara qarşı qeyri-etik ifadələr işlədir. Zaurun xanım sənətçilərin makyajını sildirməsi və çəkisini yoxlatması da sənətçilərin narazılığına səbəb olub.

Musavat.com məsələ ilə bağlı media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib. O, saytımıza açıqlamasında deyib ki, aparıcının əsas işi efirdə moderatorluq etməkdir: «O qonaqları danışdırır, yönəldir. Aparıcılar da iki yerə bölünür: Tok-şou - danışıq janrlarının aparıcısı, bir də var şou proqramların aparıcısı. Bizdə problem şou aparıcıları ilə bağlıdır. Çox zaman aparıcılar imkan vermir ki, qonaq danışsın, fikrini ifadə etsin. Studiyaya gələn adamın fikri, nə deyəcəyi tamaşaçıya maraqlıdır. Şou proqram aparıcısının artistizmi olur. Onlar bütün çərçivələrim qırırlar. Aparıcı veriliş ərzində aktiv elementə çevrilir, qonaqları danışmağa imkan vermirsə, hərəkət sərbəstliyini qorumursa, proqramı doğru yönəltmirsə, problem başlayır. Bəzən aparıcılar qeyri-etik davranırlar, qonaqları təhqir edib, alçaldır. Bu cür addımlar atmaq olmaz. Bu aparıcı mədəniyyətinə uyğun deyil və qeyri-etik hərəkətdir.

Elementar mədəniyyət sərhədini qorumayan aparıcılar qəbul olunmur. Lakin son zamanlar onların sayı çoxalıb. Bu da üzücü haldır. Onlara ya xəbərdarlıq edilməli, ya da efirdən uzaqlaşdırılmalıdır».