Azərbaycan 20 Yanvar faciəsini qeyd edir
Bu gün xalq Şəhidlər Xiyabanına axın edəcək
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
SSRİ sevdalılarının cəfəng yalanları
Primakov Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdi
-
Qanlı gecə üçün anım axşamı
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan hüzn dolu musiqi
-
İlham Əliyev Şəhidlər Xiyabanında
Prezident Bayraq Meydanında da olub
-
«Qorbaçovun sözü ilə əməli heç vaxt uzlaşmayıb»
Heydər Əliyevin 27 il əvvəl verdiyi müsahibə: «Gərək Xalq Cəbhəsinin liderləri əqidələrini heç nəyə satmasınlar, bir olsunlar...»
-
Polkovnikin əmri, Bakıya zəng, Nemətin 300 minlik qoşunu
90-cı il yanvarın 20-dən sonra DTK-nın əsgəri sıravi Məmmədovun başına gələnlər
-
İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram
70 illik buxovu bir gecədə qıran – Nəriman
-
«Gülüstan» sarayının istinad divarlarında çatlar
«Əbədi məşəl» kompleksinin sağ tərəfinə qədər uzanır
-
Şəhid ailələri BŞBPİ-yə çağırıldı
Xiyabanda kameralar quraşdırılıb
-
«Qarabağ problemi: Haradan haraya»
«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yol xəritəsi hazırlanmalıdır»
-
Prezident Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev «Əbədi məşəl»in önünə əklil qoyub
-
«Mənə dərs oldu»
Mixail Qorbaçov 20 yanvar haqqında: «Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır»
-
«Moskva sorğumuza cavab verməyib»
Baş Prokurorluqdan «20 yanvar»la bağlı açıqlama
-
Yanvarın 20-də bağlanacaq yolların siyahısı
BŞDYPİ sürücüləri alternativ yollarla hərəkət etməyə çağırıb
-
Elektrik qatarları pulsuz olacaq
Yanvarın 20-də...
-
Plan təsdiq edilib
Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq və dini mərasimlər təşkil olunacaq
-
“Biz Şuşaya qayıdacağıq...”
Qarabağın simvolu işğalının 21-ci ildönümü günü Şəhidlər Xiyabanında anıldı
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 23 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib (apa.az).