vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
18:17 | 28 yanvar 2016 | Cümə axşamı Məqaləyə 3039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gülüstan» sarayının istinad divarlarında çatlar

«Əbədi məşəl» kompleksinin sağ tərəfinə qədər uzanır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Gülüstan» sarayının həm arxa, həm də ön hissəsində istinad divarları var. İstinad divarları üzlük daşlarla örtülüb. Həmin divarlarda təxminən 3-5 milli metr ölçüsündə çatlar müşahidə olunub».

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Şəhidlər Xiyabanındakı «Əbədi məşəl» kompleksinin sağ tərəfində, Bayıl dərəsi deyilən ərazidəki istinad divarlarında da müəyyən çatlar əmələ gəlib: «Bunlar kiçik ölçülü çatlardır. Ümumilikdə isə elə bir gərgin, qorxulu vəziyyət yoxdur. Qar yağıb, qarın əriməsindən sonra gözləmək lazımdır görək ümumi vəziyyət necə olacaq».
Ə. Qaralov qeyd edib ki, adı çəkilən ərazilərdə daima lokal sürüşmələr baş verib: «Həmin ərazilər sürüşməyə meyllidir. Sonuncu dəfə 2000-ci ilin mart ayında «Əbədi məşəl» kompleksinin qarşısında təxminən 37 metrə yaxın şaquli yatım baş verdi. Böyük bir kütlə oturdu. Neftçilər prospekti tərəfində asfalt örtük qalxmışdı. Qeyd olunan ərazilərdə mütəmadi olaraq müşahidələr aparılır. Hazırda bizim mütəxəssislər tərəfindən müşahidələr davam etdirilir».