
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
20 Yanvar Bakı qırğınını guya sovet rəhbərliyinin deyil, xaricdən olan qüvvələr tərəfindən törədilməsi barədə əcaib mövqelərə rast gəlirəm. Belə komplo yanaşmaya inananlar da var. Hətta rus canişini, məşhur KQB “ulduzu” Yevgeni Primakovun Bakıda guya qanlı hadisələrin qarşısını almaq cəhdi barədə cəfəng yalanlar da uydurulur.
Sizə tanınmış jurnalist Nadejda İsmayılovanın 14 yanvar 1990-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində keçirilən iclasla bağlı qeydlərini təqdim edirəm.
“14 yanvarda birinci katib Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq çıxış edənlərin sözünü kobud formada kəsirdi. Ali Sovetin sədri Elmira Qafarova bildirirdi ki, vəziyyət çox kritikdir. Spiker deyirdi ki, Xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılıqlı anlaşma əldə olunacaq. Primakov isə cavabında “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu.
İclasda Büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyətin normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?”.
Yanvarın 18-də Primakov Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək, şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək.
Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı.
Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.
SSRİ rəhbərləri Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdilər.