Polkovnikin əmri, Bakıya zəng, Nemətin 300 minlik qoşunu
90-cı il yanvarın 20-dən sonra DTK-nın əsgəri sıravi Məmmədovun başına gələnlər
Səbuhi MƏMMƏDLİ, lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dirilik suyu Naxçıvanda-İlandağda yerləşir?
Qədim qaynaqlar və əfsanələr haqqında ...
-
Amazonların izi ilə...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
-
Bənəniyar faciəsi ...
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
-
Naxçıvana həyatı qaytarmağın yolu
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
-
Talıbov istefa verdi
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
-
Milli təsviri sənət salnaməsinə töhfə
“Naxçıvan rəssamlarının ensiklopediyası”
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
Ləğv edilə bilər, yoxsa yox?
Naxçıvanın muxtar statusu ilə bağlı ciddi sual
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
“Naxçıvanla bağlı ...”
DTX rəsmi açıqlama yaydı
-
SSRİ sevdalılarının cəfəng yalanları
Primakov Qarabağ separatçılarını deyil, Azərbaycanı cəzalandırmaq qərarını vermişdi
-
Qanlı gecə üçün anım axşamı
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan hüzn dolu musiqi
-
Naxçıvan BTQ-yə qoşulur
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
- Mamedov, hazırlaş, təcili Naxçıvana gedirsən! Səhər tezdən Naxçıvana, xeyir ola? Amma əmr idi, əmri müzakirə olunmurdu sovet ordusunda, özü də KQB-nin (DTK) sərhəd qoşunlarında. Zastavanın həyətində UAZ məni gözləyirdi. Şahtaxtıdan Naxçıvana qədər olan təxminən 50 km yolu 3 nəfər getdik. Tanımadığım bir zabit, sürücü və mən. Yolboyu Naxçıvana, sərhəd dəstəsinin baş qərargahına niyə çağırıldığımı dəfələrlə soruşsam da, zabit susdu.
Qərargahda birbaşa komandanlığın siyasi məsələlər üzrə müavinin polkovnik Zayarnının yanına apardılar.
- Bakıda, evinizdə telefon varmı?
- Bəli, yoldaş polkovnik.
- Nömrəni de, evinizlə danış.
Həmin an, yəni təxminən 30 saniyə ərzində beynimdən min fikir keçdi. Nə olub evdə görəsən? Ata, ana, bacı, qardaş? Kim?
- Biz yaxşıyıq, amma gecə qırğın olub, qırğın.
- Nə qırğın? Sən nə danışırsan?
- Hə, dəhşət, qırğın. Deyirlər on min nəfərdən çox adam öldürüblər, yarısını da dənizə atıblar…
Və bu yerdə rabitə kəsildi…
- Evinizdə salamatlıqdı?
- Bəli yoldaş polkovnik, amma Bakıda nə baş verib?
- Heç, qorxulu bir şey yoxdur. Sadəcə, mitinqçilərlə əsgərlər arasında toqquşma olub, bir neçə nəfər ölüb.
Bir neçə nəfərin ölümünə görə məni Naxçıvana niyə gətirsinlər ki? Yox, nəsə ciddi bir şey olub. Bir yandan da polkovnik deyir ki, azadsan, amma zastavada yox, qərargahda qalacaqsan.
Elə aşağıda, həyətdəcə mənə bir müşayiətçi də qoşdular, çeçen balası Xatuyevi.
Hərbi hissənin həyətində bir az var-gəl edəndən sonra poçta getdik. Mən yenidən evlə danışmaq istəyirdim. Poçtdakı xanımın – səhv etmirəmsə praporşik Abbasovun həyat yoldaşı - gözləri şişmişdi. Hə, ağlamaqdan, qıpqırmızı idi gözləri.
- Evlə danışmaq istəyirsən?
- Danışmışam. Amma başa düşmədim nə olub Bakıda?
- Qırğın olub, qırğın. Şəhərə girib camaatı qırıblar.
Və ardınca da dəli kimi hönkürmə.
Ayın 22-nə kimi Xatuyevin, necə deyərlər, nəzarətində qalmalı oldum. Amma yenə də Bakıda nə baş verdiyi mənim üçün şübhəli olaraq qalmışdı.
Əslində, Xatuyev də nə baş verdiyini, mənim yanımda niyə hərləndiyini anlamaq istəyirdi. Özüm də düz-əməlli bir şey bilmirdim deyə, ona da başa salammırdım.
- Gözlə, nahardan sonra şəhərə gedək.
- Qaçaq?
- Hə, narahat olma, bir yerdə gedərik.
Saat 2 olardı. «Təbriz» mehmanxanasının yanındakı çayxanadaydıq artıq. Üz-gözlərindən qəzəb yağan insanlar sərhədçi görkəmindəki əsgərlərə daha nifrətlə baxırdılar. Amma azərbaycanlı, yanımdakının da çeçen olduğunu bilincə vəziyyət düzəldi.
- Hə, bilinmir nə qədər ölü var. Amma çox böyük qırğın olub.
- Deyir, azı 5 min nəfəri dənizə atıblar.
- Erməniləri silah verib, dinc camaatın üstünə salıblar.
- Nemət gəlir də?
- Deyir Cəbrayılı keçiblər, Zəngilandadırlar. Oradan da bura nə yoldur ki...
- Dəqiq gəlir?
- Hə, 300 min qoşunla gəlir.
- Gəlsin e qurban olduğum, gəlsin.
- Naxçıvan da SSRİ-dən çıxır.
Bunlar nə danışırlar? Nə Nemət, nə qoşun, nə SSRİ-nin tərkibindən çıxmaq?
Amma bütün bu rabitəsizliyə baxmayaraq, məsələ aydın idi. Bakıya qoşun yeridilmişdi, böyük bir faciə yaşanmışdı.
Şəhərdə çox qala bilməzdik. Hərbi hissədə duyuq düşə bilərdilər. Bunu Xatuyevin təlaşından da başa düşmək olurdu.
- Əclaflar, dinc adamları niyə qırsınlar ki?
- Mən də başa düşmürəm.
- Gedək, axşam yeməyinin vaxtıdır, axtaracaqlar.
Hərbi hissənin hasarından tullanıb birbaşa yeməkxanaya getdik. Heç kim duyuq düşməmişdi deyəsən.
- Mamedov, polkovnik Zayarnı çağırır, təcili.
Yeməyi yarımçıq saxlayıb, qərargaha qaçdım. Zayarnının yanında iki nəfər də vardı. Biri mülki, digəri hərbi geyimdə.
- Mamedov, bir müddət zastavada xidmət etməyəcəksən. Burada komendant rotasında qalacaqsan.
- Oldu, yoldaş polkovnik.
- İndi isə get rotaya, baş leytenant Loqaşkin səni gözləyir. Hə, yadımadan sıxmamış deyim, Xatuyevə 3 sutka həbs cəzası verildi. Biləsən. O ki qaldı Nemət Pənahova, bütün bunları boş ver. Heç kim, heç hara gəlmir. Gedə bilərsən.
Hə, izləmişdilər, amma toxunmamışdılar. Zavallı Xatuyev isə mənə görə 3 sutka almışdı.
Düz bir ay həmin rotada qalmalı oldum. Heç hərbi tapşırıq vermirdilər, sadəcə sıra düzülüşü, yemək, yenidən rotaya qayıtmaq.
Bu bir ay ərzində Naxçıvan doğrudan da SSRİ-nin tərkibindən çıxdı. O da məlum oldu ki, Bakıda on minə yaxın yox, 131 nəfər öldürülüb.
Mən isə əlimə silah düşməsin deyə, bu rotaya «sürgün» edilmişəm.
Bir aydan sonra, məni yenidən zastavaya qaytardılar. Növbəyə gedəndə silah da verdilər. Nemət də gəldi çıxdı... Amma İrandan... Özü də tək...