
Naxçıvanın təhlükəsizliyi ...
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
Qədim qaynaqlar və əfsanələr haqqında ...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
“Naxçıvan rəssamlarının ensiklopediyası”
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
DTX rəsmi açıqlama yaydı
Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək
Ankara muxtar bölgənin müdafiəsini gücləndirir; Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək
Muxtar respublikaya gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçirilməyəcək
Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə bağlanmış Qars müqaviləsilə təsbit edilib. (Bu müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verib)
Bundan sonrakı proseslərdə də bütün hüquqi bazalar buna uyğun formalaşdırılıb. Konstitusiyamızda yüzə yaxın yerdə Naxçıvan muxtar statusda təsbit olunub. Bir Fəsil və 7 maddə isə tam olaraq Naxçıvan MR-ə həsr edilib.
Eyni zamanda Naxçıvan MR-in öz konstitusiyası var. Və bu konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib.
Lakin bu demək deyil ki, Muxtar Respublika statusu ləğv edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin birinci bəndində aydın qeyd edilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Unitar ölkədə isə aşağıdakı xüsusiyyətlər mütləqdir:
• Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya
• Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası
• Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi
• Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi.
Bir sözlə, Naxçıvanın Muxtar statusunun ləğv edilərək Azərbaycanın digər ərazi vahidləri kimi eyni status alması asan proses olmasa da, amma mümkündür. Hesab edirəm ki, bir çox aspektlərdə, o cümlədən iqtisadi baxımdan bu bölgənin inkişafı üçün müəyyən qərarların qəbul edilməsinə ciddi ehtiyac vardır. Bu bölgənin ciddi xammal ehtiyatları, eləcə də heç bir bölgəmizdə olmadığı qədər üstün coğrafi mövqeyə sahib olması ona inkişaf üçün müstəsna imkanlar yaradır. Hər halda bu imkanlar muxtarlığın iqtisadi prizmada nəticəsini az da olsa ortaya qoymalı idi. Əgər qoymadısa, deməli, yeni mexanizmlərin yaradılmasına ehtiyac var.