“Biz Şuşaya qayıdacağıq...”
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İB-nin rəhbəri Bayram Səfərov: “Dağlıq Qarabağı erməniləşdirmək istiqamətində işlər görürlər”
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Xan qızı – el anası
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
-
Şuşa-Xankəndi yolu quldurların qarşısını kəsdi
Bakıda təşvişə düşənlər kimlərdir?
-
Zirvədən uca və Qarabağın ulduzu
“İrs” nəşrləri seriyasından Şuşa haqqında kitabların təqdimatı keçirilib
-
Sadıqcanın məşhur yetirməsi
Məşədi Zeynalın ifasında tar sanki xanəndə kimi dil açıb oxuyarmış...
-
“Laçın dəhlizi və Xankəndi ...”
“Düşmən ağlına gətirmirdi ki, yollarını belə tezliklə bağlaya bilərik”
-
Şuşanın azad olunduğu gündür
Düşmən “İsgəndər”lə də Ordumuzu dayandıra bilmədi
-
300 nəfərlik heyət şəhərə çatmadı
Şuşanın taleyini həll edən son döyüş
-
Diplomatik orqanları rəhbərlərinin müşavirəsi Şuşada yekunlaşıb
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
-
Şuşalıların köçürülmə tarixi bilindi
Sakinlərə müjdə; 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb
-
Zelenskini “militarist” saymaq olarmı?
... Yaxud Ukraynanın Azərbaycandan nə fərqi var ki?
-
Susqun balıqçının Cənnəti
Qala yolunun yorğun yolçusundan gecikmiş qeydlər və ya esse-hekayə
-
Şuşaya yağış yağır
...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
-
Kuklaçıların Şuşa sevinci
Müsyö Jordan və Dərviş Məstəli şah “O olmasın, bu olsun” deyib...
-
“Şuşa. Bahar əfsanəsi”
Azərbaycanın mədəniyyət paytaxtında Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir
-
“Karabakh Telekom”u söndürməyin vaxtı çatıb
Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər
-
“Hətta təbiət də, günəş də bizimlə həmrəydir”
Zəfərin zirvəsində – Şuşa dünya azərbaycanlılarını bir araya gətirib
Mayın 8-i Şuşanın işğalının 21-ci ildönümü Bakıda Şəhidlər Xiyabanında anıldı. Səhər saatlarında başlayan anım törəninə görə metronun “Elmlər Akademiyası” stansiyasından Şəhidlər Xiyabanına doğru gedən yolun bir tərəfi nəqliyyatın hərəkətinə bağlandı. Şəhidlər Xiyabanı qarşısına toplaşan Şuşa sakinləri arasında rayon icra hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyi də var idi. Ziyarət zamanı Azərbaycanın torpaqları uğrunda şəhid olanların ruhuna dualar oxundu.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov dedi ki, ermənilər danışıqlar prosesinin uzatmaqla işğalı unutdurmaq istəyir, bununla da Dağlıq Qarabağı erməniləşdirmək istiqamətində işlər görürlər: “Lakin onlar öz niyyətlərinə çatmayacaqlar. Şuşa və digər Azərbaycan torpaqlarının Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağı gün uzaqda deyil. Biz Şuşaya qayıdacağıq. Ərazilərin işğaldan azad olunması uğrunda hər an başlana biləcək hərbi əməliyyatlarda fəal iştirak etmək hər kəsin borcudur”.
B.Səfərov 1992-ci ilə kimi Şuşada yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə yenə də birgə yaşaya biləcəklərini söylədi: “Azərbaycan vətəndaşı olan ermənilərlə bir yerdə yaşamışıq. Onlar bu ölkənin vətəndaşı olduqlarından bizlərə şamil olunan qayda-qanunlar onlara da şamil olunub. Torpaqlarımız işğalçılardan təmizlənsə, onlar bizlə birgə yaşamaq istəməsə, təbii ki, Ermənistana köçə bilərlər”.
Şuşanın işğal günündən sonra 9 May və 10 may bayramlarının keçirilməsi ilə bağlı danışan Şuşa sakini Səkinə Məmmədova isə bildirdi ki, hökumətin bu addımı onların yarasına duz səpmək deməkdir: “Demirik ki, ilin 12 ayı matəm saxlanılsın. Amma belə bir acı günün ardınca iki bayramın keçirilməsi torpaq altında yatan şəhidlərin ruhuna təhqirdir. Onsuz da şəhid ailələrinə göstərilən münasibət heç də yaxşı deyil. Biz ilin bir günü toplu şəkildə gəlib burada igid oğullarımızı yad edirik. Sanki ölkə ikiyə bölünüb. Matəm və bayram bir-birinə qarışıb”.
Anım yürüşü Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinə əklil qoyulduqdan sonra Qarabağ döyüşlərində həlak olan şəhidlərin məzarını ziyarətlə davam etdirildi.
Şuşa Azərbaycandan kənarda da anılıb. Məlum olduğu kimi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin dünyaya çatdırılması məqsədilə kampaniyaya başlayıb. Şuranın sədri, millət vəkili Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri QHT-lərinin Ankarada keçirilən forumunda xarici əməkdaşlıq əlaqələrində türkiyəli həmkarlardan şuranın başlatdığı “Şuşaya azadlıq!” kampaniyasına dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb.
Hazırda Londonda olan qhtxeber.az saytının redaktoru Sənan Nəcəfov bu kampaniyaya beynəlxalq dəstəyi genişləndirmək üçün aksiya keçiriləcəyini bildirib: “Mən hazırda Londonda aylıq kursdayam. Mənimlə bərabər burada müxtəlif ölkələri təmsil edən 1000-dən çox tələbə təhsil alır. Şuşaya azadlıq kampaniyası çərçivəsində ”Şuşanı bir dəqiqəlik sükutla yad edək" aksiyasının keçirilməsini qərara aldıq. Mayın 8-də təhsil aldığım kollecdə tələbə yoldaşlarım milli mədəniyyətimizin beşiyi olan Şuşanın işğalı nəticəsində həlak olmuş dinc sakinlərin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər. Bir dəqiqəlik sayğı duruşundan sonra əcnəbi tələbələrə Şuşa haqda qısa informasiya veriləcək. Bununla bağlı kollec rəhbərliyindən razılıq alınıb".
S.Nəcəfovun sözlərinə görə, İtaliya, Almaniya, İspaniya, Rusiya, Koreya, Yaponiya, İordaniya, Braziliya və digər ölkələrdən olan onlarla tələbə mayın 8-də öz facebook statuslarında “Şuşanı bir dəqiqəlik sükutla anaq” aksiyasını reallaşdıracaqlar. S.Nəcəfov hazırda Avropada, eləcə də dünyanın ayrı-ayrı ölkələrində təhsil alan azərbaycanlı tələbələrə analoji addım atmaq üçün müraciət edib.
Xatırladaq ki, 1992-ci il, mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib. Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıb və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərinin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.