Qənirə Paşayeva mükafat aldı
Millət vəkilinə «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülü verilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
“Qiymətlərə yenidən baxılmalıdır”
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Kərkük Kültür Dərnəyi tərəfindən millət vəkili Qənirə Paşayeva «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülünə layiq görülüb.
Vaxt.az xəbər verir ki, mükafatı təqdim edən Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Küzeci millət vəkili Qənirə Paşayevanın «İraq türkmənlərinə və Türk Dünyasına xidmət» ödülünü Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmənləri ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmənlərinin hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirib. Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Küzeci qardaş Azərbaycanla İraq Türkmənləri arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmənlərinə dəstəyi daha da artırmağa çağırıb.
İraq Türkmənləri bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd edib.