vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
16:07 | 23 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2462 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın rəqibi bilindi

15-16 iyulda keçiriləcək qarşılaşmanın revanşı 22-23-də keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.


Premyer Liqamızın son qalibi  «Qarabağ»ın  II təsnifat mərhələsindəki rəqibi də bu gün məlum olub.

Aktivində 7,575 xal olan Ağdam təmsilçisi püşk zamanı səpələnmişlər səbətində yer alıb ki, bu da ilk dəfə ÇL-da iştirak edəcək Qurban Qurbanovun komandasının nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaqdı.

Artıq «Qarabağ»ın rəqibi müəyyənləşib. Son Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Maltanın «Valletta» klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ikinci təsnifat mərhələsində ilk oyunlar 15-16 iyul, cavab qarşılaşmaları isə 22-23 iyulda keçiriləcək.

«Valletta» (Malta) - »Qarabağ» (Azərbaycan)