vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
PROBLEM  
17:04 | 29 iyun 2014 | Bazar Məqaləyə 2798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Notariuslar vətəndaşları necə aldadır?

«Belə idarələrdə işləyənlərin çoxu savadsızdır»

Raminə EYVAZQIZI

Bu gün bir çox vətəndaş müxtəlif sənədlərin tanınması, hüquqi dəyərinin artması məqsədiylə notariat idarələrinə baş çəkməli olur. Təəssüf ki, bu sahədə bəzən anlaşılmazlıq, məlumatsızlıq kimi məqamlar da ortaya çıxır. Məsul orqanın daxilində elementar qanun-qaydadan xəbərsiz şəxslərə də rast gəlmək mümkündür. Misal üçün, ata və ya ananın ölkədən kənara övladını aparması kimi vəziyyətdə notariat xidmətləri müxtəlif versiyalar irəli sürürlər. «Qafqazinfo» məsələ ilə bağlı kiçik araşdırma hazırlayıb.

 

«Razılıq ərizələri pul qazanmaq üçün tərcümə edilir»

 

Ən əvvəl qeyd edək ki, qanunvericiliyə görə istənilən vətəndaşın xarici ölkəyə hər hansı səbəbdən səfər etmək hüququ var. Bunun üçün tələb olunan ümumvətəndaşlıq pasportu və lazım olarsa viza kifayət edir. Əgər valideyn ana və ya ata övladı ilə ayrılıqda ölkədən çıxarsa, burada bir çox tələblər qoyulur. Bu tələbdən birincisi odur ki, valideynlərdən biri digərinə rəsmi şəkildə təsdiqlənmiş yazılı razılıq ərizəsi və ya etibarnamə verməlidir. Məsələ ondadır ki, bu razılıq ərizəsi azərbaycancada yazılmalıdır. Çünki yerli qanunvericiliyə görə, etibarnamənin olması vacibdir. Bəs bu razılıq ərizəsi milli dildən başqa hansısa dildə yazılmalıdırmı? Təəssüf ki, yerli notariat idarələri bu sualı müxtəlif cür cavablandırırlar. Misal üçün, ana övladlarını qonşu  İran, Türkiyəyə aparırsa, atanın razılıq ərizəsi həm də Türkiyə türkcəsində və ya ingilis, fars dillərində olmalıdır. Əgər Türkiyəyə quru yolla (avtobusla) səyahət olunacaqsa, Gürcüstan Respublikası ərazisindən keçildiyindən razılıq ərizəsi rus və gürcü dillərində yazılmalıdır. Biri deyir, uşağın ümumvətəndaşlıq pasportu varsa kifayətdir. Bir digəri, valideynin öz pasportunda uşağın şəklinin vacib olmadığını bildirir. Hətta razılıq ərizəsinə ehtiyac olmadığını deyən «savadlı» hüquqşünaslar da var. Xülasə, bu məsələdə konkret məlumat pərakəndəliyi mövcuddur. Məsələnin əslində isə bizim yerli notariat xidmətinin möhürünün ölkədən kənarda hər hansı hüquqi dəyər daşımamasıdır. Başqa sözlə, Azərbaycandan çıxdıqdan sonra növbəti sərhəd –gömrük xidmətində övladın şəkili valideynin ümumvətəndaşlıq pasportunda varsa, eləcə də uşağın öz pasportu varsa problem yoxdur. Deməli, notariat xidmətləri çox halda pul üçün valideynin razılıq ərizəsini müxtəlif dildə tərcüməsini etməli olurlar. Tərcümə xidmətləri isə 10-25 manat arasında dəyişir. Hüquqi xidmət göstərən şirkətlərdən birinin mütəxəssisi isə məsələyə belə aydınlıq gətirir: «Hər ölkənin öz qanunvericiliyi var və bu qanunları bilmək lazım gəlir. Əgər yerli notarius tərəfindən verilmiş sənədin digər ölkələrdə tanınmasını istəyirsinizsə,  o halda həmin sənədə apostil vurulmalıdır. Apostil isə Xarici İşlər Nazirliyinin müvafiq şöbəsində vurulur. Əgər ardıcıl bir neçə əcnəbi ölkədə olacaqsınızsa, razılıq ərizəsinin əcnəbi dillərdə tərcüməsinə ehtiyac ola bilər».

 

«Notariat xidməti göstərən idarələrdə savadsızlar çoxdur»

 

Mehman adlı təcrübəli hüquqşünasa görə, uşaqla ölkədən kənara çıxan valideyndən birinin digərinə razılıq ərizəsi verməsi mütləqdir. Yalnız azərbaycancada yazılmış etibarnamə kifayətdir. Çünki ölkədən çıxan Azərbaycan vətəndaşıdır, razılıq ərizəsi isə bizimkilərə lazımdır. Notariusda rəsmi şəkildə möhürlə təsdiqlənmiş razılıq ərizəsi çox halda birillik verilir. Sənədin yararlılıq müddəti mütləq valideynlər tərəfindən diqqətdə saxlanılmalıdır. Əgər 18 yaşına çatmamış uşaq valideynlərsiz ölkəni tərk edirsə, ana və ata üçüncü şəxsə ayrılıqda razılıq ərizələrini yazmalı və rəsmi şəkildə təsdiqlətməlidirlər. Əgər ata və ya ana arasında etibarnamənin verilməsi ilə bağlı razılıq baş tutmursa, müvafiq məhkəmə bu məsələni həll etməlidir. Bu arada qeyd edim ki, vətəndaşların ölkədən getməsi ilə bağlı digər məsələlər qanunvericilikdə var. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının  Qanununda( 1994-cü ildə qəbul olunub) nəzərdə tutulub». Mehman müəllim təəssüflə onu da qeyd edir ki, notariat xidmətdə işləyənlər arasında təcrübəsiz və savadsızlar da az deyil.

 

Yaxşı olardı ki, uşağınıza da pasport alasız

 

Bildiyimiz kimi, artıq azyaşlı uşaqlara da pasport verilir. Ötən ilin sonundan etibarən hətta bir yaşlı uşaqlar da ölkədən kənara öz pasportu ilə «gedə bilər». Hüquqşünas Kəmalə xanımın sözlərinə görə, uşaqlara da xarici pasportların verilməsi müsbət addımdır. Doğrudur, uşaqlar bu halda xarici ölkəyə gedərkən  vizanı da ayrılıqda almalıdırlar. Amma valideyn əvvəlki kimi övladlarının şəklini öz pasportunda daşımaya da bilər. Çünki yeni biometrik pasportlar uşağa və ya istənilən vətəndaşa məxsus məlumatların xüsusi aparatlar vasitəsiylə oxunmasına imkan verir. Belə pasportların saxtalaşdırılması da mümkünsüzdür. Valideynlər yaxşı olardı ki, övladlarına milli şəxsiyyət vəsiqəsi aldıqdan dərhal sonra pasport hazırlatsınlar. Yəni, bilmək olmaq, nə zaman harasa səfər baş tutar.

Məlumat üçün qeyd edim ki, «Asan Xidmət» şöbələrində pasportun alınması  məqsədəuygundur. Ongünlük iş müddətinə görə, 1 yaş üçün 10 manat, 1-3 yaş üçün 20 manat, 3-18 yaşarası üçün 30 manat pul ödənilir. Beşgünlük iş müddətində isə həmin məbləği ikiqat ödəmək lazımdır. Başqa sözlə, tələsik əlavə rüsum ödəmək istəmirsinizsə, vaxtında övladınıza ümumvətəndaşlıq pasportu alın.