vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
09:28 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsla ...»

Baş nazir kürsüdən əl çəkmir

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq Baş naziri Nuru əl-Maliki, qurulacaq yeni hökumətdə baş nazir vəzifəsindən əsla çəkilməyəcəyini söylədi. ANS PRESS-in məlumatına görə, Maliki, dövlət televiziyasında yayımlanan çıxışında, «Terroristlər qarşısında döyüş meydanından çəkilməyim dini, Vətən qarşısında və əxlaqi məsuliyyətimdən qaçmaq mənasını verər. Bu səbəblə baş nazirlikdən əsla çəkilməyəcəm» dedi.


«İraqın düşmənlərini məğlub edənə qədər silahlı qüvvələrin və könüllülərin yanında döyüşməyə davam edəcəyini» ifadə edən Maliki, Qanun Dövləti Koalisiyasının məclisdə ən çox kürsüyə sahib blok olduğunu xatırladaraq, verilən səslərə vəfa borcunu şübhəsiz ödəyəcəyini» söylədi.

Qeyd edək ki, Məclis sədri Usamə ən-Nuceyfi, Malikinin, Məclis sədrliyinə namizədliyini qoymaması halında 3-cü dövr baş nazir namizədi olmayacağı istiqamətindəki şərti üzərinə, namizədlikdən çəkildiyini açıqlamışdı.

Xatırladaq ki, Son seçkilərdə, Malikinin lideri olduğu Qanun Dövləti Koalisiyası 93, Muttehidun Bloku 23, Şiə Koalisiyası 29 və Vətəniyyə Bloku 21 kürsü əldə etmişdi. Hökuməti qurmaq üçün parlamentdə 165 kürsünün lazım olduğu İraqda, Yüksək Seçki Komissiyasının açıqladığı nəticələrə görə, heç bir partiya hökuməti tək başına qurmaq üçün səs sayı təmin edə bilməmişdi.