vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
13:57 | 5 avqust 2019 | Bazar ertəsi Məqaləyə 525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sülh dəhlizi”nə kim nəzarət edəcək?

Vaşinqton Ankaranın səbrini tükəndirib

Fikrət BİLA, T24 (Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə və ABŞ-ın Suriyada Türkiyə ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq haqda danışıqları hələlik nəticə verməyib.

Türkiyə tərəfi prezident Tayyib Ərdoğanın, xarici işlər naziri Mövlud Çavuşoğlunun ağzıyla  olduqca qəti və sərtcəsinə bildirib ki, anlaşma olmayacaqsa, onda Türkiyə Silahlı Qüvvələri (SQ) Fəratdan şərqdə əməliyyat keçirəcək. Vurğulanıb ki, Türkiyənin “səbri qalmayıb”. Prezident Ərdoğan qeyd edib: “Biz terror dəhlizini alt-üst etməyə qəti köklənmişik”.

Bununla yanaşı, Amerika tərəfi son günlərdə sükuta dalıb və təhlükəsizlik zonası haqda heç nə demir. Vaşinqton bu zaman F-35 təyyarələrinin istismarını öyrənmək üçün ABŞ-da olan türk təyyarəçi və texniki mütəxəssislərini Türkiyəyə göndərməklə məşğuldur. Türkiyənin F-35 proqramından çıxdaş edildiyini bildirən ABŞ bu qərar çərşivəsində əməli fəaliyyətə keçib. Bu arada Ankara buna heç bir reaksiya verməyib. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının yekunları üzrə dərc edilmiş bəyanatda F-35 layihəsi xatırlanmır, Suriyanın şimalında təhlükəsizlik zonası haqda isə prezident Ərdoğan və XİN başçısı Çavuşoğlunun bəyanatları ilə müqayisədə daha yumşaq ifadə işlədilib. Qeyd olunur ki, Türkiyə “sülh dəhlizi” yaratmağa səylər göstərəcək.

 

Terror və sülh dəhlizi

 

Bu qayda ilə Milli Təhlükəsizlik Şurasının iclasında Suriyanın şimalındakı dəhlizə daha bir tərif verilib: “sülh dəhlizi”. Söhbət Suriya ərazisində Türkiyə sərhədindən o yana 30-40 km dərinlikdən gedir. Bu dəhlizin “dinc” olması üçün ora Türkiyə SQ nəzarət etməlidir.

O biri yandan, Ankara ABŞ-ın dəstəklədiyi və Türkiyə-Suriya sərhədi boyunca Aralıq dənizinə uzanan Kürdüstan Fəhlə Partiyası (PKK) – Xalq Özünümüdafiə Dəstələrini (YPG) “terror dəhlizi” adlandırır.

Bununla yanaşı, ABŞ-ın yaratmaq üçün təklif etdiyi beş-yeddi kilometr dərinliyində təhlükəsizlik zonası Türkiyə SQ-nin deyil, Böyük Britaniya, Fransa kimi Avropa dövlətlərinin və bəzi ərəb ölkələrinin nəzarət edəcəyi dəhlizi ifadə edir. Ankaranın tələblərilə yaxından, uzaqdan heç bir əlaqəsi olmayan bu dəhlizi Türkiyə SQ-dən həm də PKK-YPG qorumalıdır.

Milli Təhlükəsizlik Şurasının yumşaq bəyanatına əsasən, Ankara və hər şeydən qabaq hərbi qanad hələlik gözləyir ki, qızılı orta tapılacaq. Ankara Vaşinqtonu Türkiyə SQ-nin nəzarəti altında 30-40 km dərinlikdə sülh dəhlizi yaratmağa inandırsa və dilə tutsa, onda problem olmayacaq.

Amma ABŞ buna qarşı dirəşsə və Türkiyə SQ-nin nəzarət etmədiyi beş-yeddi kilometr dəhlizə israr etsə, onda Ankaranın buna razılaşmaq ehtimalı sıfıra bərabərdir. Bu halda Türkiyənin Fəratdan şərqdə əməliyyat keçirməkdən başqa variantı qalmayacaq – prezident Ərdoğan bu haqda tez-tez sərt şəkildə danışır.

Əlbəttə, Ankara belə bir əməliyyat keçirərkən Rusiya, İran və dolayısı ilə Dəməşqlə hökmən təmasda olacaq.

Belə bir hərbi əməliyyatın gedişində ən böyük risk Türkiyə və Amerika hərbçiləri arasında hərbi toqquşma ehtimalıdır. NATO üzrə iki müttəfiqin hərbçilərinin döyüşə girməyi isə problemi çox ciddi böhrana çevirə bilər.

 

ABŞ-ın planı

 

ABŞ-ın Suriyanın şimalındakı fəaliyyəti aydın göstərir ki, Vaşinqton “Şimali İraq”a oxşar “Şimali Suriya” yaratmağa çalışır. Bu qurum Dəməşqin suverenliyindən qıraqda qalacaq, praktik olaraq müstəqil hərəkət edə bilər və PKK-YPG-“Demokratik Birlik” Partiyası (PYD) tərəfindən idarə olunacaq.

Türkiyədən savayı ABŞ-ın bu planına qarşı çıxış edən daha iki ölkə var: İran və təbii, Suriya.

ABŞ Suriyanın şimalında öz planına israr edərsə, Türkiyənin yaxınlaşacağı iki ölkə bunlardır.

Rusiyanın bu məsələdə birmənalı şəkildə Türkiyənin tərəfini tutacağına zəmanət yoxdur. Türkiyə Rusiyanın özünə qarşı qaldırmamaq üçün “S-400”dən sonra Rusiyanın “Su-35” qırıcılarını alarmı? Bu məsələ də gündəlikdə durur. Prezident Ərdoğan deyib: “”F-35”i vermirsiniz? Onda biz başqa yerdə variantlar axtararıq”.

 Suriya problemi Türkiyə-Amerika münasibətlərini onların tarixindəki ən əlverişsiz dövrlərdən birinə gətirib çıxardıb. Türkiyənin müttəfiqlik münasibətləri anlayışı dəyişilib. NATO-nu laxladacaq miqyaslar alıb. Türkiyənin sarsılmazlığını təhdid etməyə başlayan hadisələr fonunda Ankaranın milli birlik və ərazi bütövlüyünə əsaslanan siyasət yürütməyi zərurətə çevrilir. Və bu siyasət keyfiyyətcə elə olmalıdır ki, ölkə daxilində müxalifət də onu dəstəkləsin.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *