vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
11:29 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dönər satışında qaydalara riayət olunmur»

Nazirlik rəsmisi: «Mal ətindən hazırlanan dönərlərin tərkibi təmiz deyil»

«Toyuq ətindən hazırlanan dönərlərin satışına 2006-cı ildən bəri Səhiyyə Nazirliyi tərəfindən qadağa tətbiq edilib. Lakin aparılan monitorinqlər zamanı toyuq əti dönərlərinin satışı faktları aşkarlanır». APA TV-yə müsahibəsində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. İmran Abdullayev əlavə edib ki, cərimələr tətbiq olunsa da, toyuq dönəri satan obyektlər öz işlərindən geri qalmır.


«Dönər satışı ilə bağlı ciddi problemlər var. Baxmayaraq ki, toyuq dönərinin satışı qadağan olunub, yenə də davam edir. Amma səlahiyyətimiz çərçivəsində mübarizə tədbirləri davam etdirilir. Əsas problem dönərin satışı ilə bağlı deyil, problem iaşə sistemində dönərin qida rasionunda bu qədər yer almasıdır. Bu çox ciddi təhlükədir. Çünki dönərin hazırlanması üçün istifadə olunun ətin mənşəyi məlum deyil».

İmran Abdullayev deyir ki, inzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 manata, vəzifəli şəxslər 100 -200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunmalıdırlar: «Bəlkə də, cərimə məbləğinin azlığına görə sahibkarlar qaydanı tez-tez pozurlar. Əgər cərimə məbləği yüksək olsa, həmin dönər satıcıları risk edib qaydanı pozmazlar». İmran Abdullayev deyir ki, yay aylarında dönərin satışı xüsusi diqqət tələb edir. Amma buna nə ət , nə toyuq dönər satışında riayət olunmur.

«Mal əti adı ilə dönər satırlar, amma bu da tərkibi təmiz ətdən deyil . Çünki mənşəyi məlum olmayan ətlərlə qarışdırılır. Ötən il bununla bağlı keçirdiyimiz reydlər kifayət qədər acınacaqlı oldu. Məlum oldu ki, bu at və eşşək ətindən hazırlanır. Əgər dönər satışı ilə məşğul olanlar ətin mənşəyi ilə bağlı sertifikat təqdim edirlərsə demək olar ki, qidalanma üçün ciddi təhlükə yoxdur. Amma təəssüf olsun ki, belə hallara nadir rast gəlinir».

İmran Abdullayev vurğulayıb ki, bu cür neqativ halların təkrarlanmaması üçün qanunvericilik bazası möhkəmləndirilməlidir.