08:36 | 7 iyul 2014 | Bazar ertəsi
Məqaləyə 1187 dəfə baxılıb
Şriftin ölçüsü
Firudin Cəlilovu dövlət müalicə etdirəcək
Keçmiş nazir Bayandır xəstəxanasında əməliyyat olunacaq
Keçmiş təhsil naziri Firudin Cəlilov hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və müalicəsini dövlət öz üzərinə götürüb. AzVision.az xəbər verir ki, bu barədə özünün «Facebook» səhifəsində Ümid Partiyasının sədr müavini Ramin Hacılı yazıb.
O, qeyd edib ki, gələn həftə isə Firudin Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək.
Ramin Hacılı xatırladıb ki, bir neçə gün əvvəl dəyərli ziyalımız, keçmiş təhsil naziri Firudin Cəlilovun səhhətində olan problemlərlə bağlı dövlətə və ictimaiyyətə müraciət etmişdim. Və buna görə o, prezident İlham Əliyevə təşəkkür edib.