Şabranda fövqəladə vəziyyət
Polis rəisi rayonda komendant saatı tətbiq edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zülm çəkirik...”
Şabranda ulaqla su daşıyıb əkin suvaran kəndlilər
-
Ulaqla su daşıyan kəndlər
«Qışda lap çətin olur, heyvan palçığa batıb qalır...»
-
Şabran rayonunda qeyri-rəsmi olaraq «komendant saatı» tətbiq olunub. Avropa.info-nun əldə etdiyi məlumata görə, Şabran rayonunda polis və icra hakimiyyəti artıq 1 həftədir ki, yeni qayda qoyub. Qaydaya görə, gecə saat 12:00-dan sonra heç bir restoran, kafe, çay evləri, mağazalar və ümumiyyətlə, heç bir ticarət, xidmət, iaşə obyektləri işləyə bilməz.
Hətta gecə saat 12:00-dan sonra Şabran şəhərində sakinlərin küçədə durmasına, hərəkət etməsinə belə icazə verilmir. Bəzi hallarda öz avtomobilləri ilə sərbəst hərəkət edən sakinlər də polis tərəfindən saxlanılır. Bundan başqa, gecə saat 12:00-dan sonra ticarət obyektlərinin bağlanıldığını yoxlamaq üçün icra hakimiyyətinin və polisin səlahiyyətli nümayəndələri birgə reydlər həyata keçirirlər. Saat 12:00 da bağlanmayan ticarət və iaşə obyektləri cərimə olunur.