vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
09:16 | 7 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2663 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq polis rəisindən ciddi xəbərdarlıq

Əlövsət Əliyev: «Çoxsaylı təriqətlərin islamın siyasiləşdirilməsi dövlət üçün təhlükəyə çevrilə bilər»

Cavid TURAN

«Azərbaycanda müxtəlif din və təriqətlərə bağlı olan 600-ə yaxın dini icma qeydiyyatdan keçib. Bu, vicdan azadlığının təmin edilməsi və vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılması baxımından müsbət haldır».


Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev son günlər ölkədə baş verən olayları şərh edərkən belə deyib. Onun sözlərinə görə, Azərbaycanda tarixən formalaşmış və xalqımızın xarakterikinə çevrilmiş tolerantlıq ənənələri də paralel olaraq müxtəlif təriqətlərin inkişafına şərait yaradıb: «Ölkədə eyni zamanda dini ekstremizm və dözümsüzlüyün təbliği halları ilə mübarizə də mövcuddur. Son günlər bəzi mətbuat orqanları İraqda baş verənləri İŞİD və həmin qruplaşmaya aid olanlar tərəfindən törədilən cinayətlər kimi deyil, qeyri-müsəlman ölkələrinin bəzi mətbuat orqanlarında olduğu kimi, təriqətlərarası, yəni sünni-şiə qarşıdurması kimi qələmə verirlər. Ehtiyatsızlıq, təcrübəsizlik və ya bəzən qəsdən İraqda baş verənlərin təriqətlərarası qarşıdurma kimi təqdim edilməsi yolverilməz və ziyanlıdır. Mən elektron KİV-lərdə «Sabirabadda vəhhabinin saqqalını qırxdılar», «Ləzgi məscidində vəhhabilərə qarşı tədbir» , «Vəhhabilər şiələrə hücuma keçdi» və buna oxşar məlumatlarla, bəzilərinin «Facebook» səhifələrindəki qorxulu çağırışlarla üzləşəndə narahatlıq keçirirəm».

Ə.Əliyevin sözlərinə görə, yazıların əksəriyyətində məlumat yükündən daha çox dini ekstremizmin qızışdırılması notları mövcuddur. Hüquqşünas qeyd edir ki, bu gün dünyada islama olan münasibət göz qabağındadır: «O da hamımıza bəllidir ki, müsəlman ölkələrində bir-birini əvəz etməklə baş verənlər eyni zamanda islamın gözdən salınmasına xidmət edir. Bu cür kütləvi ehtiyatsızlıq Azərbaycanı növbəti münaqişələrin törədildiyi ölkələrdən birinə çevirə bilər. Azərbaycanın tolerantlıq nümunəsi kimi göstərilməsinə baxmayaraq, bu məsələyə həssaslıqla yanaşılmalı, xüsusilə dini saytlar təriqətlə bağlı yazılarla ehtiyatla davranmalıdırlar. İraqda və ya Suriyada törədilən cinayətlərin əksəriyyəti islamın müqəddəs hesab etdiyi dəyərlərin əleyhinədir. İnsanların yaşından, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq qətlə yetirilməsi, müqəddəs yerlərin dağıdılması, insanların daimi yaşadıqları tarixi vətəndən qovulması, böyük bir ərazinin döyüş və ya ölüm meydançasına çevrilməsi eyni zamanda islamın müəyyən etdiyi təməl prinsiplərə ziddir.

Bu əməllər məqsəddən asılı olmayaraq sülh və insanlıq əleyhinə törədilən  cinayətdir. Və yaxşı olar ki, mətbuat da baş verənləri bir qrupun sülh və insanlıq əleyhinə törətdiyi cinayət kimi təqdim etsin. Dünyanın istənilən ölkəsində islamın siyasiləşməsi əslində dini zəmindəki ekstremist əhval-ruhiyyənin güclənməsinə, təriqətlərarası qarşıdurmanın inkişafına xidmət edir. Çoxsaylı təriqətlərin mövcud olduğu Azərbaycanda islamın siyasiləşdirilməsi eyni zamanda dövlət üçün ciddi təhlükəyə çevrilə bilər. Yaxın gələcəkdə Suriya, daha sonra İraqda döyüş iştirakçısı olan şəxslərin Azərbaycana qayıdışı gözlənilir. Bəzilərinin fikrincə, onların bir müddət sonra ölkədə ciddi təhlükəyə çevriləcəyi də qaçılmazdır. Odur ki, həmin şəxslərin hər birinin müəyyən olunması və daim nəzarətdə saxlanılması vacib şərtlərdən biridir».

Ə.Əliyevin fikrincə, dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüz illər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadə edilməsinə yol vermək olmaz: «Bu, eyni zamanda mətbuatın yardımı və birbaşa iştirakı ilə həyata keçirilə bilər.