vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
17:45 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 2198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim üçün çox qorxuludur»

«Strateji müttəfiqimizin Azərbaycana silah satması ciddi narahatlıq yaradır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Argentinada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan «La Nacion» nəşrinə müsahibə verib. S. Sərkisyan müsahibəsində bildirib ki, Azərbaycan hərbi texnikanın alınmasına və bu sahədə inkişafa çox pul xərcləyir.


Ermənistan dövlət başçısı Rusiyanın Azərbaycana silah satması barədə danışarkən isə əməlli-başlı narahatlığını dilə gətirib: «Bu bizim üçün çox qorxuludur. Bizim cəmiyyətdə Ermənistanın strateji müttəfiqi Rusiyanın Azərbaycana silah satması ciddi narahatlıq yaradır. Lakin bizim çətin vaxtlarımızda Rusiyanın  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhəm yoxdur».

Qeyd edək ki, S. Sərkisyan Argentinadan sonra Uruqvay və Çiliyə səfər edəcək.