vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
13:54 | 11 iyul 2014 | Cümə Məqaləyə 1638 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Ermənistanı poliqona döndərib

Forpost dövlətin ərazisində «Forpost» təyyarəsi sınaqdan keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Ermənistanda genişmiqyaslı taktiki təlimlərə başlayıb. ANS PRESS-in məlumatına görə, təlimlər Rusiya Cənub Hərbi dairəsinin Ermənistanda yerləşən «Alagöz» və «Kamxud» təlim-məşq kompleksində keçirilir. Təlimlərdə hərbi bazanın bütün xüsusi avtomobilləri və zirehli texnikası iştirak edir.

Təlimlərdə həmçinin «Navodçik-2», «Forpost», «Orlan-10» və «Zastava» uçan pilotsuz aparatlarından da istifadə edilir. 

Genişmiqyaslı taktiki təlimlərdə hərbi maşın karvanlarının müəyyən edilmiş istiqamət üzrə hərəkətinin düzgün yerinə yetirilməsi, hərbçilərin tapşırıqları yerinə yetirməsi, pilotsuz təyyarələrin uçuş və eniş, hədəfi dəqiq müəyyən etməsi yoxlanılır.

İyulun 12-dək davam edəcək təlimlər Rusiya-Ermənistan arasında imzalanmış kollektiv təhlükəsizliklə bağlı saziş çərçivəsində keçirilir.