Ələkbərovlar krizisdə
Keçmiş başçı zavodunu satışa çıxardı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
Ələkbərovun biznesi çökür
Sabiq ƏƏSMN nazirinin daha bir milyonluq layihəsi iflas olub
-
«Şahzadə»nin karvanı
Elmar Vəliyev oğlunu kimdən və nədən qoruyur?
İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov rayonun İvanovka kəndində yerləşən çörək zavodunu satışa çıxarır.
Bu barədə azvision.az-a həmin zavodda çalışan işçilər məlumat veriblər. Onların sözlərinə görə, fəaliyyətə başladığı gündən narazılıqların bitib tükənmədiyi zavodu keçmiş başçı satmaq qərarına gəlib. N.Ələkbərovun zavodu satışa çıxmasına səbəb kimi yaşanan ciddi maliyyə böhranı göstərilir.
Qeyd edək ki, bundan öncə də keçmiş icra başçısının zavodunda baş qaldıran narazılıqlar barədə mətbuatda məlumatlar yer almışdı. N.Ələkbərov açıqlamasında zavodun yeni fəaliyyətə başlaması səbəbindən gəlir gətirmədiyini və bazarda yer tutana qədər maddi problemlərin yaşana biləcəyini demişdi.
Xatirladaq ki, Nizami Ələkbərov sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.